Həm kapitan, həm də bombardir azarkeşləri xatırladı
Həm kapitan, həm də bombardir azarkeşləri xatırladı
`Qarabağ`ımız 16 illik fasilədən sonra yenidən doğma arenada çıxış edəcək. Sonuncu dəfə 1993-cü ildə Ağdamda `İmarət` stadionunda meydana çıxan komandamız Mayın 3-ündə Quzanlı qəsəbəsində rəqibini qəbul edəcək. Uzun illər öncədən futbolçu kimi xatirələri özüylə daşıyan bir şəxs var. O vaxt 19 yaşlı gənc olan indisə komandamızın kapitanı Aslan Kərimov. 36 yaşlı yarımmüdafiəçi həyəcanlı olduğunu gizlətməyib: `Yadıma gəlir ki, Ağdamda sonuncu oyunda `Turan`a qarşı oynamışdıq. Yadımda nə qalıb? Təbii ki, çılğın azarkeşlər. Ağdamda həmişə futbol havası hiss olunub. Əlbəttə, yenidən o torpaqlara qayıtmaq müdhiş duyğudur. Təbii ki, Quzanlı `İmarət` deyil. İnşallah, `Qarabağ` tezliklə `İmarət`də oynamağa başlayacaq.`
Komandamızda hal-hazırda məşqçi kimi çalışan Müşfiq Hüseynov da çox sevindiyini bildirdi:` Heç vaxt sonuncu illəri unuda bilmirəm. Meydana çıxdığımız zaman o azarkeşlıri gördüyümüz zaman əlavə güc qazanardıq. Ağac meyvəni birdən-birə vermir. Bu gün Quzanlıda oynayaq, inşallah sabah Ağdam şəhərində də oynarıq.