HƏM VURSUNLAR, HƏM DƏ . . .

single-news
4 Okt 2005

HƏM VURSUNLAR, HƏM DƏ . . .



Bu gün AFFA qərargahında Nizam İntizam Komitəsinin son turla bağlı iclası keçirildi. İclasda ötən turda olanlara baxılaraq qanunsuzluqlara qarşı cəzalar qəbul edildi. Maraqlısı isə "Qarabağ"la bağlı qəbul edilmiş cəzada oldu. Söhbət "Qarabağ" - "Xəzər-L" matçında final fitindən sonra olanlara verilən qiymətdən gedir. Hakimin final fiti çalınan kimi, "Xəzər-L" futbol klubunun oyunçusu Emin Quliyevin futbolçumuz Blazenko Bekovaçın üstünə cumaraq zərbə endirməsi, ardından onların ikinci qapıçısı Anar Niftəliyevin eyni hərəkəti etməsi NİK tərəfindən cəzalandırıldı. Onların hərəsi iki oyun və 10 milyon manat cərimə ilə cəzalandırıldı. Maraqlı hadisə isə, futbolçumuz Blazenko Bekovaça da həmin cəzanın verilməsidir. Ona isə bu cəza yəqin ki, onların "niyə onun üzərinə cumduğu" əsas gətirilərək verilmişdir. Belə qərar cinayətkarla zərərçəkənin eyni günahı işlətməsi anlamından başqa bir şey deyil. Final fiti verilən kimi, bütün media mənsublarının, azarkeşlərin, ən əsası isə AFFA mənsublarının gözü önündə baş verilənlərə belə qiymətin verilməsi əlbətdə ki təəssüf doğurur... Bundan başqa, hər iki klub sarı kartlara görə ("Xəzər-L" - 6 sarı, "Qarabağ" 4 sarı) 5 milyon manat, "Xəzər-L" masajçısının dördüncü hakimi təhqir etdiyinə görə isə, klub 20 milyon manat cərimə ödəməlidir.

Paylaş

// pop up