HƏM ZİYARƏT...
HƏM ZİYARƏT...
“Qarabağ” Futbol Klubu gündə bir dəfə olmaqla gələn həftə qarşılaşacağı “Turan”la ölkə kuboku matçının hazırlığını davam etdirir. Baş məşqçi Rasim Karanın başçılığı altında keçirilən hazırlığa artıq millilərdən dönən futbolçular da qatılıb. Artıq sabah komanda Bakıdakı hazırlığını tamamlayacaq. Məlum olduğu kimi, ayın21-ində Ağdama baş tutacaq səfər zamanı bütün futbolçular və klub üzvləri Qarabağa yollanaraq Ağdamda yeni açılacaq stadionun açılışında iştirak edəcək. Klubumuzun başçısı Taher Gözelin də iştirak edəcəyi tədbirdə daim erməni təcavüzü altında yaşamasına baxmayaraq rəşadətlə həyat mübarizəsini sürdürən yerli uşaqlara top və forma paylanacaq. Stadionun açılışından sonra isə tədbirə qatılacaq media nümayəndələri və “Qarabağ” futbol klubu arasında dostluq xarakterli açılış matçı keçiriləcək.
Ağdamdan birbaşa Qazaxa yollanacaq komandamız Matç gününə qədər adıçəkilən rayonda məskunlaşacaq. Başqa sözlə, həm yerli mühitə uyğunlaşmaq və çempionatda yaranmış uzunmddətli fasilədən sonra kollektiv yenidən komanda ruhunu əldə etməyə çalışacaq. Ayın 24-ü “Turan”la qarşılaşmadan sonra “Qarabağ” Bakıya qayıdacaq.