Həmişə evsiz və ya səfərdə (Never a home game)

single-news
29 İyn 2012

Həmişə evsiz və ya səfərdə (Never a home game)



Qarabağ həqiqətləri barəsində araşdırma aparan, `Qarabağ` Futbol Klubunun sadiq azarkeşi, hollandiyalı jurnalist Artur Huzinganın uzun zamandır gözlənən kitabı işıq üzü gördü. Niderlandda keçirilən təqdimat mərasimində Huizingayla yanaşı fotoqraf Dirk Yan Vizzerin də `Sürgündə futbol` layihəsi təqdim edilib. Huizinganın kitabının son səhifəsində yazılanlar artıq hər şeyi ifadə edir:
Həmişə evsiz və ya səfərdə  (Never a home game)

Azərbaycanın `Qarabağ` (Ağdam) Futbol Klubu, dünyada hər bir peşəkar futbol komandası kimi, çempionatın zirvəsi uğrunda mübarizə aparırlar. Yalnız vacib bir fərq var: Klubun stadionu müharibə zonasında yerləşir və gündəlik atəşə məruz qalır. Futbolçular çempionatın final mərhələsini oynayanda şəhər erməni separatistləri tərəfindən işğal olunur və yerli  əhali eyni zamanda azarkeşlər artıq qaçqın kimi çadırlarda yerləşdirilirlər. Buna baxmayaraq komanda mümkün olmayan bir nəticə əldə edir: Qarabağ Ağdam Azərbaycan çempionu olur.

Şəhərləri yer üzundən silinən zaman oyunçular futbol meydanında mübarizəni davam etdirirlər. 2009-ci ildə köçkünlər klubunun Avropa Ligasında yeni tarix yazmağına bir addım çatmır. `Qarabağ` (Ağdam) `Tvente`yə qarşı oynayanda həm dost, həm düşmən “nəfəslərini kəsir.”

Jurnalist Arthur Huizinga Azərbaycanı ziyarət edib `Qarabağ`ı (Ağdam) yaxından izləyir; neft paytaxtı olan Bakının şüşəli ekstravaqant hündür binalarından tutmuş cəhbədəki qaçqın çadırlarına qədər, Dağlıq Qarabağda yox olmuş geyinmə otaqlarından tutmış Avropadakı `top-klubların` stadionlarına qədər.

Bu tragikomik əsər - macəra axtaran və Xəzər dənizinin sahilində unikal hekayə ilə rastaşan bu futbolsevənin məhsuludur. Unikal hekayə isə çox az bildiyimiz müharibədən və hamı tanıdığı oyundan bəhs edir.

Arthur Huizinga (1980) Groningendə və Amsterdamda tarix fakultəsində oxuyub. 2008-ci ildən `Qarabağ`ı (Ağdam) izləyir. Onun məqalələri qəzetlərdə çap olunub

Paylaş

// pop up