Hər şey Londona qaldı. VİDEO

single-news
25 Fev 2010

Hər şey Londona qaldı. VİDEO



Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları başa çatıb. Bu mərhələnin ən çox intizar yaradan cütlüyü `İnter` - `Çelsi` görüşü də başa tutdu. Bir sıra amillərə görə `rənglənmiş` oyun ev sahiblərinin minimal üstünlüyü ilə başa çatıb. Artıq 3-cü dəqiqədə `İnter` Milito ilə baş məşqçiləri Mourinyonun sabiq komandasını  məyus etdi. Uzun müddət `İnter`in əzəli rəqibi `Milan`a həm futbolçuluq, həm də məşqçilik etmiş Karlo Ançelottini isə `Çelsi`nin başında ilk dəfə İtaliyaya ayaq basarkən 51-ci dəqiqə Kalu hesabı bərabərləşdirdi. Düzdü, `Çelsi` rəqibini təzyiq altında saxlasa da, qolu yenə ev sahibləri vurdu. Kambiasso təkrar zərbə ilə `İnter`ə sürüşkən` qələbə qazandırdı.

İndi hər şey 2 həftə sonra Londonda baş tutacaq mücadilədə bəlli olacaq.

 

Paylaş

// pop up