HƏYAT YOLU: RASİM KARA ... I HİSSƏ

single-news
21 Yan 2007

HƏYAT YOLU: RASİM KARA ... I HİSSƏ



Giriş: Rasim Kara 1950-ci ildə Türkiyənin Eskişehir şəhərində anadan olmuşdur. Futbolçu karyerasına qapıçı kimi “Işıkspor”da başlayan Rasim Kara, az sonra “Bursaspor”a transfer olundu. Buradan Türkiyə Milli komandasına kimi yüksələn futbol mütəxəssisi 1975-76 mövsümündə “Beşiktaş”la müqavilə bağladı və 9 il ardıcıl bu komandanın şərəfini qorudu. Bu illər ərzində komandası ilə çempionluq sevinci ( 1981/82 mövsümü) də yaşamış Rasim Kara 1984-cü ildə futbolçu karyerasını məşqçiliklə əvəzlədi... - Həyat yolunuzdan aydın oldu ki, profesional futbola “Uşaqspor”dan başlamısınız. Buna qədər hansı komandaların şərəfini qorumusunuz? - “Uşaqspor” mənim ilk professional klubum olub. Buna qədər isə həvəskar komandalarda oynamışam. II həvəskar ligasında – “Işıkspor”da futbola başladım. Bu zaman mən orta məktəbdə (lise-1) oxuyurdum. Hər il bir üst dəstəyə keçdim- Sement fabrikinin komandası var idi –I həvəskar ligasında sonrakı il orda oynadım,daha sonra “Eskişehirdemirspor”un gənc komandasında (III lig), 1 il sonra həmin komandanın əsas heyətində her aldım. 1971-ci ildən “Uşaqspor”a gəldim ki, ondan sonra əvvəldə danışılıb. Gördüyünüz kimi hər səviyyədə futbol oynayaraq nərdivanla yuarılara çımışam. - Qapıçılığa maraq sizdə hardan oyandı? - Dəqiq deyə bilmərəm, amma uşaq olarkən orta məktəbdə hər dəfə futbol oynayarkən özümdən asılı olmayaraq qapıda mən durmağı üstün tutardım. Mənə elə gəlirdi ki, qapıda mən durmasaydım matçda məğlub olacağıq. Ümumiyyətlə uşaqlarda o zaman qapıçı olmaq həvəsi daha çox idi. Supermen kimi sağa-sola tullanaraq topu tutmaq həvəsi o zamandan məndə yaranıb… - Lakin qapıçı olmanıza baxmayaraq, karyeranızda 30-dan çox qola imza atmısınız… - Bunun da maraqlı tarixçəsi var. Hələ həvəskar dəstədə oynayarkən (Sement fabrikasının komandasında) Eskişəhərdə Lunaparkın sahibi mənə iş təklif elədi. Orada kiçik qapı var idi, hər kəs bilet alaraq qapıya 3 zərbə vurmaq şansı qazanırdı. Üçünü də vuran hədiyyə qazanırdı. Mənə 25 lira qarşılığında həmin qapıda qapıçılıq etmək işi təklif olundu. Mən fikirləşdim ki, orada qapıçılıq etmək mənim futbolçuluq karyeramda da mühüm rol oynaya bilər. İşə başladım və gün ərzində 12 saat qapıda durdum. Vaxt olduqça isə öz iş yoldaşımla bir-birimizə zərbələr vurmağa başladıq ki, buradan məndə 11 metrəlik zərbələr vurmaq hissi yarandı… - İlk belə zərbəni hansı komandaya vurdunuz? - “Bursaspor”la “Eskişehirspor”un münasibətləri heç də yaxşı deyildi. Üstəlik mən “Bursaspor”a keçəndən sonra onlar məni “Bursa”ya satdıqlarına görə həmin komandaya qarşı daha əzmlə oynamaq istəyi var idi.Elə oldu ki, 11 metrəlik cərimə zərbəsi təyin olundu və kapitanımız zərbəni vurmaq istədi. Mən Baş məşqçimizə yanaşıb öz istəyimi bildirdim və müsbət cavab aldım… - Qol siftəsi də burdan gəldi… - Qapıçıya heç bir şans vermədim. Bundan sonra oynadığım komandadan asılı olmayaraq, demək olar ki, bütün 11 metrləik zərbələri mən vurmağa başladım… - Milli komandaya nə zaman çağrıldınız? - Hələ “Uşaqspor”da oynayarkən U-21 komandasında qapını qorumaq mənə tapşırıldı. Elə buradan da böyük komandaların mənə marağı daha da artdı. “Bursaspor”da 4 il top qovmağımın səbəbi də deyərdim ümid milli oldu. Bursanın komandası o zaman çox güclü idi. Avropada 3 –cü tura da məhz ilk olaraq o zaman çıxdıq. “Finherps” (İrlandiya), “Dandy Yunayted”(İsveçrə) komandalaırnı keçdik, yalnız 3 cü turda sovetlər birliyinin ən güclü komandası olan “Dinamo” Kiyevə məğlub olaraq marafonu dayandırdıq… - Uzun müddət “Beşiktaş”ın da şərəfini qorudunuz… - Dediyim kimi o dцnəmdə bütün güclü komandalar məni heyətində görmək istəyirdi. Mən “Beşiktaş”I üstün tutdum. 8 il “Beşiktaş”da oynadım. Karyeramı da orada başa vurdum. Oraya keçdiyim ilk ilin sonunda kapitan seçildim və sona qədər bu sarğını qolumda daşıdım. Bu dövrdə “Beşiktaş” 15 illik çempionluq həsrətinə son qoydu… - Kapitan kimi çempion olmaq sizin üçün nə demək idi? - Bu hissləri sözlə ifadə etmək çox çətindir. Bu anları yaşamasan, izah etmək mümkün deyil…. - Dediyiniz kimi, o dцnəmdə sizi зox komandalara heyətində görmək istəyirdi. Niyə məhz “Qara Qartal”I üstün tutdunuz? - Bu komanda “Xalqın takımı” adını almışdı. O zaman sadə xalq kütləsi daha çox bu komandaya rəğbət bəsləyirdi. Məndə belə kütlənin nümayəndəsi olduğum üçün seçimini düzgün etdiyimi fikirləşdim və indi də düzgün addım atdığımı düşünürəm. - Qapıçı üçün çox erkən zamanda – 34 yaşında karyeranızı başa vurdunuz.Niyə? - Bir həkim səhvinin nəticəsi məni futboldan uzaqlaşdırdı. Mən qrip olarkən başın həddən artıq ağrıyırdı. Başımı yastıqdan belə qaldıra bilmirdim. Həkimlər belə futbol oynayabilməyəcəyimi dedilər. Mən də onlara qulaq asdım. Futbolu buraxdım. Üstündən az müddət keçəndən sonra, məlum oldu ki, həkimlərin çox asan müalicəsi olan bir xəstəliyi çox şişirtməsi mənim futboluma son qoydu… - Bildiyimə görə, sizin “Vida matçınız” da müdhiş tamaşaçı coşqusu ilə olub? - O gün qəlbimdə heç vaxt yadımdan çıxmayacaq bir iz buraxıb. 1984-cü il idi. Stadion 22 min azarkeşlə bütünlüklə dolmuşdu. Mənə mahnı da bəsləmişdilər – Bütün fanatlar “Unutamam səni” mahnısını bir ağızdan oxuyurdular… İndi də onlara öz dərin təşəkkürümü bildirirəm… - Futbolçu olduğunuz zaman bir çox məşqзilərin rəhbərliyi altında oynamısınız. Hansıları sizə daha yaxın olub? - Millidə Coşqun Özer, Mulitinoviç (Bora Milutinovuçun qardaşı), Çiriç. Bundan başqa Hamdi Serpil Tüzün hansıki, “Qarabağ”ın uşaq futbolunun qurulmasında da əməyi olub… - Necə oldu ki, məşqзiliyə Sizə heз də yaxın olmayan “Antalyaspor”da başladınız… - Mənim o vaxt yalnız “B” kateqoriyam var idi. “A” lisenziyalı diplomum olmadığından baş məşqзi işləyə bilməzdim. “Antalyaspor”un baş məşqçisi Adnan Dinçer mənə iş təklif elədi və mən onun yardımçısı oldum. Bununla da məşqзilik karyerama start verdim.. - Millidə uzun zaman işləmisiniz. Hətta Türkiyənin ilk dəfə Avropa Çempionatına çıxışındada böyük rol sahibi olmusunuz… - Piontek Millinin başına gələndən sonra mən və Fatih Terim onun yardımçıları olduq. Bu dövrdə hər birimiz öz işimizin öhdəsindən gəlməyimiz Millimizi Avropa çempionatına vəsiqə qazandırdı… ARDI VAR . . .

Paylaş

// pop up