HEYƏT KOMPLEKTLƏŞDİRİLİR . . .

single-news
26 Yan 2006

HEYƏT KOMPLEKTLƏŞDİRİLİR . . .



"Qarabağ" Futbol Klubu hazırlıq prosesinin ikinci mərhələsində Şəfa stadionunda məşqlərini davam etdirir. Gündə iki dəfə açıq havada planlaşdırılan məşq prosesi havaların kəskin pisləşməsi ilə əlaqədar, bir dəfə keçirilir. Bunun əvəzində komanda günün ilk məşqini fiziki hazırlığının yüksəldilməsinə yönəldir. Bu həftə ərzində "Qarabağ" iki yoldaşlıq görüşündə də qüvvəsini sınamaq planlaşdırmışdı. Lakin əvvəlcə "Gilan"la (Göy-göl) , sonra isə "Gənclərbirliyi" ilə planlaşdırılan oyun təxirə salındı. Həftə sonu daha bir oyun keçirmək planlaşdırılır. Komandanın komplekləşdirilməsi yönündə də işlər davam etdirilir. Sol yarımmüdafiə xəttini gücləndirmək məqsədilə Macarıstan yüksək liqsının "Bekescsaba" klubunun formasının daşımış 1979-cu il təvəllüdlü,ampluası yarımmüdafiəçi olan BOJAN İLİC baxışa çağırılmışdır. Bundan başqa hücum xəttinin gücləndirilməsi məqsədilə Estoniya çempionun hücumçusu EGİDİUS JUSKA da baxışa gələnlər arasındadır. Qeyd edək ki, 1975-ci il doğumlu bu hücumçu iki dəfə Litva çempionu, Qazaxıstan çempionu və son ildə isə TVMK-nın heyətində Estoniya çempionu olmuşdur.

Paylaş