Hiddink həm də `Çelsi`

single-news
12 Fev 2009

Hiddink həm də `Çelsi`



Bir neçə gün əvvəl `Çelsi`nin baş məşqçisi vəzifəsindən istefaya göndərilən Luis Filippe Skolariyə əvəzləyici tapılıb.  Braziliyalı mütəxəssisi holldandiyalı Qus Hiddink əvəzləyib.
Bir qədər əvvəl Rusiya yığması ilə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan baş məşqçi faktı təsdiqləyib. Belek qəsəbəsindən Hollandiyanın "538-ci radio"su ilə canlı bağlantı yaradan Hiddink "Çelsi"də müvəqqəti olaraq çalışacağını deyib: "Bu bir dostluq borcudur. Bununla bağlı Roman Abromoviç özü mənimlə danışdı. O, Rusiya futboluna çox xeyir verir. Mən də ona bir yaxşılıq etmək istədim".
Hiddink "Çelsi"də müvəqqəti çalışacağını, Rusiya millisindəki işinə də davam edəcəyini bildirib: "Rusiya millisilə martın sonunda iki oyunumuz var. Ondan sonrakı oyunumuz iyun ayındadır. Bu arada "Çelsi"yə rəhbərlik etməyim problem yaratmayacaq. İyun ayındakı oyunumuza qədər İngiltərə çempionatı da başa çatacaq".
"Çelsi"də uzun müddət qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran Hiddink "Bu məsələdə iki ssenari var. Əgər orda vəziyyət pis olsa, mənə "Rusiyaya dön" deyəcəklər. Yox əgər hər şey yaxşı olsa, "səninlə çalışmaq istəyirik, qalmalısan" deyib, məni saxlamağa çalışacaqlar. Amma mən bu ssenarilər barədə indidən danışmaq istəmirəm", - cavabını verib.

Paylaş

// pop up