Hollandiya Braziliyanı yola saldı, Uruqvayı gözləyir. video
Hollandiya Braziliyanı yola saldı, Uruqvayı gözləyir. video
Dünya çempionatının ilk yarımfinalçıları məlum olub. Şübhəsiz, ən diqqətçəkən olay mundialın əsas favoriti Braziliyanın mübarizənin ¼ finalda dayandırması oldu. Hollandiya ilə oyuna sürətlə başlayan latın amerikalılar 10-cu dəqiqədə Robinyo ilə hesabı açsalar da sonluq heç də onlar üçün uğurlu olmadı.
Belə ki, 2-ci yarının startında Felipe Melo topu öz qapısına göndərdi. 68-ci dəqiqdə isə Sneyder başla vurduğu qolla Dunqanın yetirmələrini 2-ci dəfə meydanın mərkəzinə dəvət etdi. Bu azmış kimi, 5 dəqiqə sonra Melonun əsəblərinin cilovlaya bilməməsi onun meydandan qovulması ilə nəticələndi. Belə də, sona qədər hesabı qoruyub saxlayan `narıncı`lar yarımfinala yüksəldi. Braziliyalılar isə ardıcıl 2-ci mundialda da mübarizəni ¼ finalda dayandırdı.
Hollandiyanın rəqibi isə... Uruqvay olacaq. 2 qat dünya çempionları çempionatın sürpriz komandası Qananı penaltilər sonunda sıradan çıxarmağa bacardı. Amma bu oyun uzun müddət hafizələrdən silinməyəcək.Qanalılar 45-ci dəqiqədə Muntarinin uzaqdan vurduğu zərbəylə hesabı açsalar da, 10 dəqiqə sonra Forlan hesabı bərabərləşdirdi. Görüş elə bu hesabla da başa çatdı. Amma başa çatmaya bilərdi. 120-ci dəqiqədə Suares topu əllə boş qapıdan çıxarır və meydandan qovulmaqla yanaşı penaltiyə səbəb olur. Qyan isə penaltini tirə vurmaqla Qananı sevindirə bilmir.Və qeyd etdiyimiz kimi, penalti seriyalarında dəqiqlik Uruqvayı Hollandiyaya rəqib etdi.
Buyurun, özünüz baxın...