HÜCUM "SON"SUZLUĞU . . .

single-news
8 Apr 2007

HÜCUM "SON"SUZLUĞU . . .



"OLİMPİK" 0 - 0 "QARABAĞ"
Oyun qarşılıqlı - sürətli hücumlarla başladı. İlk dəqiqələrdən hər iki komandanın qələbə əzmi ilə meydana çıxması hiss olunurdu. Bunu reallığa çevirmək üçün ilk cəhdi isə "Qarabağ" etdi.13-cü dəqiqədə Vaqifin topuq ötürməsi ilə Hakan cərimə meydançasına daxil oldu. Onun ötürməsindən sonra isə Kənan yaxın məsafədən topa toxuna bilmədi. Rəqibin cavabı özünü çox gözlətmədi. 19-cu dəqiqədə Vidadi Rzayevin yandan asması qapıya yönəldiyindən təhlükəli alındı. Cahangirin reaksiyası təhlükəni sovuşdurdu. 23-cü dəqiqədə Aslan - Namiq _ Kənan paslaşması sonucunun qeyri dəqiq zərbəsi ilə başa çatdı. bu dəqiqədən etibarən mərkəzi ələ keçirmiş komandamız rəqibi öz qapısına sıxdı. Daha bir real qol vəziyyəti isə 33-cü dəqiqəyə təsadüf etdi. Vaqif Cavadovun yandan cərimə meydançası daxilində zərbə əvəzinə geri ödürmə etməsi hücumun məntiqi sonluqla bitməsini əngəllədi. Hissə sonları komandamızın hücumları ilə müşayət olunsa da, hesab açılmadı.
İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqlənmək imknaı qazandılar. 70-ci dəqiqədə ikinici hissə meydana çıxmış Banquranın Caqa ilə duelindən qapıçımız qalib ayrıldı. əvəzində Tagim Novruzovun mükəmməl zərbəsini eyni mükəmməlliklə də Rauf Mehdiyev dəf edə bildi. Daha üstün oyun göstərməsinə baxmayaraq, komandamızın qol vura bilməməsi oyunda nəticəni müəyyənləşdirdi - 0:0.

 

Paylaş

// pop up