HÜCUMÇUSUZ HÜCUM CƏHDİ . . .

single-news
6 Apr 2006

HÜCUMÇUSUZ HÜCUM CƏHDİ . . .



Oyuna "Şahdağ" başlasa da elə ilk hücumdaca "Qarabağ" hesabı açmağa yaxın oldu. Lakin Vasif Haqverdiyevin zərbəsi qapıdan azacıq aralı keçdi. 13-cü dəqiqədə Müşviq Hüseynovun ötürməsini Qoqa zərbə ilə tamamlasa da qapıçı səhvsiz oynadı. Az sonra İliçin asmasını Müşviq tamamlaya bilmədi. 33-cü dəqiqədə bu dəfə Aslanın iki oyunçunu arxada qoyduqdan sonra asmasını Müşviq zərbə ilə başa vura bilmədi... İkinci hissə başlayan kimi gözlənilmədən "Şahdağ" hesabı açdı. Əks hücum zamanı yandan ötürməni Zahir Əsgərov başla qapıdan keçirdi. Qoldan bir dəqiqə sonra Fərid Quliyev hesabı bərabərləşdirmək üçün 100%-lik şansı dəyərləndirə bilmədi. Onun başla zərbəsi qarşısında qapıçı aciz qalsa da, dəqiqlik də hücümçumuzda çatmadı. Bundan sonra bütünlüklə irəli atılan "Qarabağ" qalan 40 dəqiqə ərzində topu özündə saxlasa da yaradıcı futbol sərgiləyə bilməməsi qol gətirmədi. Matçın sonunda isə rəqib müdafiəçinin topu əllə saxlamasına hakiimin göz yumması oyunun nəticəsini dəyişməz qoydu- 0:1...

Paylaş