`Hürriyət` də `Qarabağ`a dəstək oldu. FOTOLAR
`Hürriyət` də `Qarabağ`a dəstək oldu. FOTOLAR
`Qarabağ`ımız Almaniya nəhəngi `Borussiya` ilə oyuna kompleks olaraq hazırlıqlarını davam etdirir. Öncədən xəbər verdiyimiz kimi klubumuz Dortmundda `Qarabağ`ımızın oyunlarına azarkeş cəlb etmək üçün 1 həftə öncədən Almaniyaya nümayəndə heyəti göndərmişdi. Artıq çalışmalarımız öz bəhrəsini verməkdədir. Almaniyanın müxtəlif bölgələrində görüşlər keçirən nümayəndələrimiz Almaniyada ən böyük türk qəzeti olan `Hürriyət`lə də görüşüblər. Almaniyada günlük 1 milyon tirajla çıxan qəzet təmsilçilərimizin Avropa Azərbaycanlıları konqresinin başqanı Başar Kömürlə görüşünü qəzet səhifəsində işıqlandırıblar.
Eyni zamanda qəzetın müxbiri `Qarabağ`ın məşqini izləyərk oradan reportaj da hazırlayıb. Komandamızın direktoru Emrah Çelikel və baş məşqçimiz Qurban Qurbanovun oyunla bağlı fikirləri yer alıb. Danışanların hər 2-si Azəri-Türk birliyini vurğulayıb və Almaniyada yaşayan soydaşlarımızı komandamıza dəstək olmağa çağırıb.
`Hüriyyət`in bu günki eyni zamanda sayında oyunla bağlı böyük elan yerləşdirilib və `Qarabağ`a dəstək olaq` şüarından istifadə olunub.