HÜSEYİN İSGƏNDƏROVLA DAHA 2 İL

single-news
14 İyn 2007

HÜSEYİN İSGƏNDƏROVLA DAHA 2 İL



“Qarabağ” Futbol Klubu daim öz ənənələrinə sadiq qalmaqla tanınıb. Daim gənclərə üstünlük verməklə Azərbaycan futboluna qazandırmaq planına əsasən  daha bir istedadalı futbolçu “Qarabağ”la müqavilə yeniləyib. Klubun uşaq komandasında yetişən, 22 yaşı olmasına baxmayaraq, artıq “veteran” təyini işlədə biləcəyimiz Hüseyn İsgəndərov komandayla yeni iki illik saziş bağlayıb. Səbəbkar başverənlərdən çox xoşbəxt olduğunu və “doğma” komandada qalmasına sevindiyini bildirib: “Qarabağ” mənə çox doğmadır. Futbolun sirlərini burada öyrənməyə başlamışam. Hərbi xidmətimi başa vurduqdan sonra yenə bura qayıtmışam. Demək olar ki, özümü başqa yerdə təssəvvür edə bilmirəm.”

İsgənədorov eyni zamanda gələcək prespektivi haqqında da danışdı.” Hər bir futbolçunun arzusu milli komandada oynamaqdır. İndiyə kimi, gənc millilərdə oynasam da, əsas yığmada mübarizə aparmaq istəyirəm. Rasim Karanın gəlişi ilə, klub gənclərə daha çox üstünlük verir. Bu da istər-istəməz bizim daha da “artır”mağımıza səbəb olur. İnanıram ki,tezliklə bu arzuma çatacağam.”

Əlbəttə, “Qarabağ” azarkeşlərini növbəti çempionatda komandanın mövqeyi də maraqlandırır. Görəsən, Hüseyin bu barədə nə düşünür?

“Çempionluq hər bir ambisiyalı futbolçunun arzusudur. Bizi dəsətəkləyən rəhbərlik, təcrübəli baş məşqçimiz, əla heyətimiz var. Belədə çempionluğu istəməmək olmur. Ancaq qızıl medallar olmasa da mütləq ilk “3”lükdə yer alacağıq. Azarkeşlər buna əmin ola bilərlər.”

Paylaş

// pop up