HÜSEYN VƏ ŞƏHRİYARLA DAVAM. . .

single-news
6 İyl 2007

HÜSEYN VƏ ŞƏHRİYARLA DAVAM. . .



Təlim məşqin növbəti günü "Qarabağ" komandası üçün daha iki futbolçusunun gəlməsi ilə əlamətdar oldu. Belə ki, Türkiyə səfərindən bir neçə gün oncə atasının vaxtsız vəfatı səbəbindən Patalyaya gələ bilməyən Hüsyn İsgəndərov, eləcə də U-17 Milli yığma komandası ilə Trabzonda olan Şəhriyar Xəlilov bu gün komandanın düşərgəsinə qoşuldular. Xatırladaq ki, U-17 millisinin həm Rusiya, Moldova, həm də Ermənistan millisi ilə oyunlarında meydana olan Şəhriyar bütün oyunları yüksək səviyyədə keçirmişdir.

Daha iki futbolçunun düşərgəyə gəlməsinə baxmayaraq yorğunluq səbəbindən "Qarabağ" bu gün də 24 futbolçu ilə məşqlərini davam etdirdi. Sabah oynanacaq "Vestel Manisaspor" oyunu səbəbindən günün ikinci məşqini əsasən taktiki gedişlər üzərində quran Baş Məşqçi Rasim Kara ilk məşqi də toplarla keçirdi. Məşqlər zamanı Baş Məşqçi Rasim Karanın heyətdə olan bütün futbolçularına sabahkı oyunda şans verəcəyi sezildi..

"Qarabağ" Futbol Klubu təlim məşqin növbəti gününü də belə başa vurdu...

"QARABAĞ" -ƏN YENİ FOTOLAR....

Paylaş

// pop up