I DƏSTƏ: "MUĞAN" 0 - 0 "QARABAĞ -2"

single-news
2 Okt 2006

I DƏSTƏ: "MUĞAN" 0 - 0 "QARABAĞ -2"



Azərbaycan Çempionatının I dəstəsində növbəti turun oyunları keçirildi. “B” qrupunda “Qarabağ-2” Sabirabadın “Muğan” komandasının qonağı oldu... “QARABAĞ-2” - V.Naumov, N.Yusifov, M.Medvedev, Ş.Xasaylı, Raf.Əliyev, F.Haqverdiyev (İ.Beraya, 52), M.Əliyev, F.Hüseynov, Y.Yaqubov (O.Bəşirov, 68), Ə.İsmayılov, R.Qafarlı (Rauf Əliyev, 89). Oyun başlanan kimi, hər iki komanda ərazi üstünlüyünə yiyələnmək üçün meydanın mərkəzini ələ keçirməyə çalışdı. Dəqiqələr keçdikcə buna nail olan “Qarabağ-2” Rza Qafarlı ilə iki dəfə hesabı açmağa yaxın oldu. Ardınca Fəriq Haqverdiyev qapıçı ilə təkbətəkdən yararlana bilmədi. İlk hissənin sonunda Yasinin cərimə meydançasından zərbəsini də qapıçı tuta bildi. İkinci hissədə İrakli Beraya uzun fasilədən sonra yaşıl meydana döndü. Topa ilk toxunuşu isə qolla nəticələnə bilərdi. Lakin iki oyunçunu arxada qoyaraq zərbəsi qapı tirindən azacıq aralı keçdi... Maraqlı keçən oyun qolsuz bərabərliklə başa çatdı. Oyundan sonra baş məşqçi Elşad Xudadatov fikirlərini bölüşdü: “Oyunda yaratdığımız qol epizodlarından istifadə edə bilməməyimiz sonda qolsuz bərabərliklə nəticələndi. Buna baxmayaraq futbolçularımın sərgilədiyi oyundan razıyam.” “B” qrupunda digər oyunlar belə nəticələnmişdir: “Qaradağ” – “Karvan-2” 1:1 “Masallı” – “Energetik” 6:0 “Göyəzən” – “Rote Fahne” 3:0 “Anşad Petrol” – “Ədliyyə” 1:0 “Qarabağ-2” növbəti oyununu 8-də “Qarabağ” komandasına qarşı keçirəcək. Oyun “Şəfa” stadionunda keçiriləcək.

Paylaş

// pop up