İAM Qurban Qurbanov və Reynaldo Silvanı seçdi

single-news
19 Dek 2013

İAM Qurban Qurbanov və Reynaldo Silvanı seçdi



2013-cü ilin yekunlarına əsasən İdman Araşdrımalar Mərkəzinin (İAM) idman jurnalistləri arasında keçirdiyi sorğunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib `İlin qalibləri` layihəsi çərçivəsində baş tutan tədbirə idman ictimiayyətinin aparıcı nümayəndələri və çoxsaylı KİV əməkdaşı qatılıb.

KİV əməkdaşlarının seçimi əsasında ilin ın yaxşıları seçilib.  `Qarabağ`ımızın 2 üzvü  ilin ən yaxşıları arasında olublar. `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanovilin ən yaxşı baş məşqçisi, `Qarabağ`ımızın forvardı Reynaldo Silva isə ən yaxşı legioner  seçilib.
 
 
Daha sonra qaliblər mükafatlandırılıb:
 
İilin idman xadimi nominasiyası üzrə: `Bakı` futbol kulubunun prezidenti Hafiz Məmmədov;
İlin idmançısı nominasiyası üzrə: cüdoçu Elxan Məmmədov;
İlin futbolçusu nominasiyası üzrə: Azərbaycan yığma komandasının və `Bakı` futbol klubunun qapıçısı: Kamran Ağayev;
İlin legioneri nominasiyası üzrə: Ağdamın `Qarabağ` futbol komandasının yarımmüdafiəçisi Reynaldo Da Silva;
İlin komandası nominasiyası üzrə: Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandası;
İlin baş məşqçisi nominasiyası üzrə: `Qarabağ` futbol komandasının baş məşqçisi Qurban Qurbanov,
İlin idman jurnalisti nominasiyası üzrə: ATV-in əməkdaşı Sənan Şəfizadə, `apasport.az` sayıtının baş direktoru İxtiyar Əsgərov.
 
Qaliblərə mükafatları Bəhram Bağırzadə, Ceyhun Məmmədov, Ramin Musayev, Oqtay Abdullayev, Elçin Cəfərov, Xəzər İsayev və Yaşar Məmmədov kimi tanınmış simalar təqdim ediblər.

Paylaş

// pop up