"İ.B.B SPOR" 3 - 0 "QARABAĞ"
"İ.B.B SPOR" 3 - 0 "QARABAĞ"
"Qarabağ" Futbol Klubu növbəti hazırlıq oyununu Türkiyə superligasının debütantı "İstanbul B.B.Spor" komandasına qarşı keçirdi və oyun 3:0 hesabı ilə başa çatdı.... Komandamızın start heyəti aşağıdakı kimidir:
"Qarabağ"(start heyəti) - Fərhad ,Mehran, Timur, Aslan, Nodar, Əfran, Tagim, Murad, Viktor, Vagif, Kənan.
Oyunda Baş Məşqçimiz Rasim Kara öncədən də planlaşdırdığı kimi, gənclərə üstünlük verdi. Müdafiənin əsas silahları olan Azər, Hüseyn, Maksim heyətə salınmadığı halda, 15-ci dəqiqədən Aslan, daha sonra Fərhad, Kənan,Murad, Vagif, Viktor kimi təcrübəli futbolçuları da oyundan çıxaran məşqçimiz əvəzində təcrübəsiz futbolçulardan Osman, Bayram, Şahin, Elçin, Raufu buraxdı. Buna qədər isə ilk 15 dəqiqənin sonunda hesab 3:1 "Qarabağ"ın xeyrinə olmalı idi. Belə ki, oyun başlanan kimi ilk hücumdaca Kənan qapıçı ilə təkbətək dueldən məğlub ayrıldı. Bu hücumda sonradan topa zərbə vuran Viktorda qapıçını aldada bilmədi. Az sonra daha bir kəsərli hücum məntiqsiz sonluqla başa çatdı. Murat - Vagif - Viktor üçlüyünün bir-birini başa düşməməsi hesabın açılmasına gətirib çıxarmadı. Oyunun bu anları tamamilə ərazi üstünlüyünə yiyələnən komandamız hücumlarda birdən birə 4 futbolçu - Kənan, Vaqif, Viktor və Muradla iştirak edirdi ki, bu da rəqib müdafiəsini darmadağın edirdi. Oyunun belə gedişində Baş Məşqçimiz Rasim Kara oyunçu dəyişiklikləri edərək daha cavanları da bu mübarizəyə qoşdu. İstəkli görünmələrinə baxmayaraq, Türkiyə superligasının debuntantı ilə oyunda cavanlarımız bəzi epizodlarda səhvlərə yol verdilər ki, bu da nəticədə öz sözünü dedi. İkinci hissədə uzun müddət zədədən əziyyət çəkmiş İrakli Berayada debüt etdiyini qeyd etmək lazımdır. Belə ki, futbolçu meydanda olduğu ikinci hissə sonlarında öz sözünü deməyə yaxın olsa da, qapıçı inanılmaz tullanışla bunun qarşısını aldı...
Matç sonrası Rasim Karanın fikirləri: "Mən "Vestel"lə oyundan fərqli olaraq, oyunun əksər vaxtını cavanlara şans verdim. Bununla yanaşı, az da olsa ayağında ağrıları olan futbolçularımıza istirahət verərək, Aslan və s.kimi təcrübəli futbolçularımızı da 15-20 dəqiqə oynatdım.Bu da təbiidir. Futbolçuları belə oyunlarda yoxlamalıyıq...Azarkeşlərimizə deyirəm ki, narahat olmasınlar. Hər şey onların istədiyi kimi olacaq!"
OYUNDAN FOTOLARA BAXMAQ ÜÇÜN AŞAĞIDAKI LİNKƏ DAXİL OLUN: