İbrahim Şehiç "Qarabağ"ımızın düşərgəsində

single-news
27 İyn 2018

İbrahim Şehiç "Qarabağ"ımızın düşərgəsində



Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ımızın düşərgəsində xoş sürpriz baş verib. Komandamızdan ayrılan İbrahim Şehiç məşqə gələrək, futbolçu və məşqçi heyətiylə görüşüb. Şehiç bu haqda öz fikirlərini bildirib:

"Qarabağ"  mənim ailəmdi, çox möhtəşəm illər keçirmişəm. Klubdan ayrılanda bir çoxlarıyla görüşə bilməmişdim. Ona görə gəlib onlarla görüşməyi özümə mənəvi borc bilirdim. Hansı klubda çıxış etməyimdən asılı olmayaraq, hər zaman "Qarabağ"ı dəstəkləyəcəm, ürəyim bu komandayla döyünəcək".

 

Paylaş

// pop up