Ibrahimoviç qoca deyil(mi)?!
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5709.jpg)
18 Okt 2012
Ibrahimoviç qoca deyil(mi)?!
İsveç milli komandasının və Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç 29 yaşdan yuxarı futbolçulara verilən `Golden Foot` (`Qızıl ayaq`) mükafatının sahibi olub.
Monakoda keçirilmiş təntənəli mərasimdə ona mükafatı əfsanəvi braziliyalı veteran futbolçu Pele təqdim edib.
31 yaşlı forvardın əsas rəqibləri İngiltərənin `Çelsi` klubunun sabiq qolçusu Didye Droqba, hazırda İtaliya `Yuventus`unda çıxış edən Andrea Pirlo və Qətər `Əl-Sədd`indən Raul Qonsales olub. Monakodakı xüsusi xiyabana `Milan`ın sabiq müdafiəçisi Franko Barezi, `Mançester Yunayted`in eks-forvardı Erik Kantona və `Bavariya`nın keçmiş müdafiəçisi Lotar Matteusun da izləri qoyulub.
Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində İsveçin `Malmö`, Hollandiyanın `Ayaks`, İtaliyanın `Yuventus`, `İnter` və `Milan`, İspaniyanın `Barselona` komandalarında oynayıb. O, 8 mövsüm ərzində təmsil etdiyi ölkələrin çempionu olaraq, unikal nailiyyətə imza atıb. İbrahimoviç karyerası ərzində 510 matçda 249 qol vurub.