İCAAC PUPO: “QARABAĞ” MÜTLƏQ İDDİALI OLACAQ”

single-news
1 Avq 2007

İCAAC PUPO: “QARABAĞ” MÜTLƏQ İDDİALI OLACAQ”



O, “Qarabağ”a böyük ümidlərlə gəlib. Cəmi 21 yaşı olsa da ölkəsində çempion olmağa və millisinin formasını geyinməyə imkan tapıb. Corc Veanı çox sevdiyini söyləsədə Zinəddin Zidanı özünə ideal sayır. “Sivasspor”un bəyənib sıralarına qatmaq istədiyi,  lakin “Qarabağ”ın uğurları üçün  tər tökəcək  İsaac Pupo saytımıza ilkin təəssüratları bölüşüb.

- İsaac, ölkəmizə xoş gəlmisən.

- Cox sağ olun.

- Ölkəmiz haqqında ilk təəssüratlarını bilmək olar?

- Hələlik, şəhərlə tanış omağa imkan tapmamışam. Amma görünür ki, Avropa şəhəridir. Sözün açığı məni ilk növbədə futbol oynamaq maraqlandırır. Gerdə qalanlar isə sonranın işidir.

- “Qarabağ”la Türkiyədə tanış olmusan. İlk anda nə düşündün?

- Çox sevindim ki, məni bəyəndilər. Daim iddialı klublarda oynamışam. Komandadakı abu-hava xoşuma gəldi. Düşünürəm ki, doğru yerə gəlmişəm.

- Səni “Sivasspor”da bəyənmişdi..

- Hə. Belə, bir şey olub. Xüsusilə, onların məşqçisi Bülent Uygun məndən razı qaldığını bildirdi. Lakin,  legioner limiti məsləsinə görə transfer alınmadı.

- Ölkəndə çempion olmusan. Səni Vətəni tərk etməyə nə vadar etdi?

- İlk növbədə Avropada oynamaq istədiyi. Azərbaycan da Avropada yerləşir. Bilirəm ki,özümü göstərsəm, daha güclülərin diqqəti cəlb edə bilərəm.

- Liberiyanın ən tanınmış futbolçusu Corc Veadır. Yəqin idealında odur?

- Düzdü, bütün liberiyalılar kimi Vea ilə fəxr edirəm. Lakin Zidanın oyununu daha çox bəyənirəm.

- “Qarabağ” da kimlərisə tanıyırdın?

-  Yox, amma ilk məşqdəcə  kapitan Aslan Kərimovdan xoşum gəldi. Hiss olunur ki, səviyyəli oyunçudur. Deyirlər ki, həm də millinin kapitanıdır.

- Ölkəmizdə, top qovacaq, ilk Liberiyalı olacaqsan.

- Bunu bildirdim. Gərək, ikiqat enerji sərf edim özümü göstərməyə.

- Komanda gənclərdən qurulub. Sən özündə gəncsən. Bu bir problem yaratmayacaq?

- Niyə ki? Deməli, hər kəs özünü göstərməyə çalışcaq. Zənnimcə, bizim birləşməyimizə kömək olacaq.

- Bayaq, iddialı klublarda oynamağından danışdın. Sənin fikrincə, “Qarabağ” çempionatda iddialı ola biləcək?

- Əlbəttə. Komandadakı, anlaşmanı, mehribanlığı görəndə bunu anlamaq olar.

- Konkret hədəf deyə bilərsən?

- İlk 3-lükdə qərarlaşmaq istərdim. Düzdü, digər komandaların durumundan xəbərsizəm. Amma Viktorla (komanda yoldaşı V. İbekoyi –red)) söhbətdən sonra bunu bacaracağımıza inanıram.

-Azarkeşlər uzun müddətdi sənin gəlişini gözləyir. Onların ümidini doğrulda biləcəksən?

-  Sözün açığı bundan xəbərim yoxdur. Amma sizin futbolu çox sevdiyinizi və bu oyunu yaxşı anladığınızı bilirəm. Bu məsuliyyəti də artırır. Amma,   hər kəsi əmin  edirəm ki, İsaac Puponu heç vaxt unutmayacaqsınız.

Paylaş

// pop up