İCRA BAŞÇISI "QARABAĞ"I UNUTMUR (HET-TRİK, 20.05.2005)

single-news
20 May 2005

İCRA BAŞÇISI "QARABAĞ"I UNUTMUR (HET-TRİK, 20.05.2005)



Ağdam Rayon İH başçısı Həsən Sarıyev "Qarabağ"ı daim diqqət mərkəzində saxlayır. Bunu jurnalistlərlə son sönbətində İH rəhbərinin özü etiraf edib. Doğma komandanın cari çempionatdakı çıxışlarını izlədiyini bildirən Sarıyev "Qarabağ"ın fanatlarından biri olduğunu da gizlətməyib: " Klubun bölgələrdə keçirdiyi bütün oyunları həmişə stadiondan izləyirəm. Bakıdakı görüşlərinə baxmaq üçün paytaxta gəlirəm. Bildiyiniz kimi, "Qarabağ"a uzun müddət mən özüm sponsorluq etmişəm. "Qarabağ"ın futbol klubu kimi yaşamasında mənim də əməyim olub. Son illər kollektivə "Azərsun" Holding Şirkətlər qrupu hamilik edir. Onların da apardığı fəaliyyətdən razıyıq. Hər halda, zəhmətimiz hədər getməyib. "Azərsun"un prezidenti Abdulbari Gözəl bəyin "Qarabağ" adına gördüyü işlər bizim tərəfimizdən rəğbətlə qarşılanır.

Paylaş