İcraiyyə Komitəsinin iclası
17 Dek 2008
İcraiyyə Komitəsinin iclası
Dekabrın 22-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçiriləcək. Fanat.az-ın verdiyi xəbərə görə, iclasın gündəliyinə bir çox aktual məslələr salınıb. İclasda "Şəfa" stadionunda görülən işlərlə bağlı «İnter» klubunun rəhbərliyinin hesabatı dinləniləcək, Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə braziliyalı mütəxəssis Joze Alesio da Silvan təsdiq ediləcək.
İK-nın 5 iyul 2008-ci il tarixli qərarı ilə lisenziya şərti olaraq Premyer Liqanın növbəti mövsümündən başlayaraq bir stadionun xidmətindən yalnız bir klub istifadə etməlidir. Bununla bağlı mövcud vəziyyət müzakirəyə çıxarılacaq.
17 yaşadək futbolçularla bağlanan müqavilənin müddətinin müəyyənləşdirilməsi, o cümlədən 11 yaşdan başlayaraq futbolçuların elektron qeydiyyatının və məlumat bazasının yaradılması və bir çox digər məsələlər də müzakirə olunacaq, vacib qərarlar qəbul olunacaq.