İCRAİYYƏ KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI...

single-news
25 Fev 2008

İCRAİYYƏ KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI...



Bu gün saat 11:00-da AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra İcraiyyə Komitəsi aşağıdakı qərarları qəbul edib:

1. Hacıbala Abdullayev U-21 futzal yığmasına baş məşqçi təyin edilsin.
2. Bernhard Lippert U-17 və U-21 yığmalarına baş məşqçi və texniki direktor təyin olunsun.
3. AFFA-nın futbol veteranları fondunun Əsasnaməsi və veteranların siyahısı təsdiq olunsun.
4. Lisenziyalaşdırma qrupuna 2009-2010-cu il mövsümündən başlayaraq
Premyer Liqada çıxış edən klubların lisenziyalaşdırmasının yeni sisteminin tətbiq olunması tapşırılsın.
5. Rəmiş Malıyev Apellyasiya Komitəsinə sədr təyin olunsun.
6. AFFA-nın vəsaiti hesabına Premyer Liqa komandalarına gətirilən uşaq məşqçiləri əməkdar idman ustası Kazbek Tuayevin rəhbərliyi altında fəaliyyət göstərsin.
7. Tofiq Bəhramov adına Respublika stadionunun yenidən qurulması üçün görülən işlərin ödənilməmiş məbləği ödənilsin.

Paylaş

// pop up