İdeal `11`likdə 3 `Qarabağ`lı...
İdeal `11`likdə 3 `Qarabağ`lı...
Mövsüm başa çatmamış artıq geridə buraxdığımız ili müxtəlif səpgili sorğularla dəyərləndirmə aparılır.Dünyanın tanınmış internet portallarından olan `Facebook` sosial şəbəkəsində ötən mövsüm Azərbaycan premyerliqasının ideal `11`-liyi barəsində sorğu keçirilib.3582 respondentin səs verdiyi sorğuya ötən mövsümü bürünc medallarla tamamlamış `Qarabağ`ımızdan 3 futbolçu düşüb. Müdafiəçilərimiz Rəşad Sadıqov və Maksim Medvedevlə yanaşı, playmeykerimiz Elvin Məmmədov da ideal heyətə düşüb. `Bakı`dan da 3 futbolçu siyahıya düşüb. `Xəzər-Lənkəran`dan 2, `Neftçi`, `İnter`, `Standard` isə 1 nəfərlə təmsil olunub.
1. Kamran Ağayev
2. Rəşad Sadıqov
3. Ruslan Abışov
4. Vadim Borets
5. Maksim Medveyev
6. Aleksandr Çertoqanov
5. Mario Souza
8. Elvin Məmmədov
9. Aleksandr Soliç
10. Jaba
11. Fərid Quliyev