II gün: NƏŞƏLİ START . . .

single-news
5 Yan 2007

II gün: NƏŞƏLİ START . . .



Təlim məşqin ikinci günündə "Qarabağ" Futbol Klubu ilk məşqinə çıxdı... Ilk gün istirahətdən sonra komandada əhval ruhiyyə yüksək səviyyədə idi. Səhər saat 9:00-da toplaşan komanda yaxınlıqdakı meşədəki qaçış zolağında yüngül qaçışla məşqlərə başladı. Qısa fasilələrlə qaçışı davam etdirən futbolçularda istək açıq-aşkar nəzərə çarpırdı. Futbolçuların və texnik heyətin ilk məşqdən zovq aldığını deməmək mümkün deyil... 12:30-da nahar edən “Qarabağ” heyəti 16:00-da ikinci məşqə yollandı. Kros qaçışdan sonra futbolçular topsuz, məşqin sonunda isə topla yüngük hərəkətlər edərək məşqi başa vurdular. Təlim məşqin ikinci günün yeni heyətlə komandanın ilk məşqi idi. İlk məşqdə futbolçuların məşqdən sonra çox nəşəli görünüşləri onların həddən artıq həzz aldıqlarının bir göstəricisi idi... 19:00-da şam yeməyindən sonra komanda aktiv istirahət edəcəklər...

Paylaş

// pop up