III GÜN: TOPA İLK TOXUNUŞ . . .

single-news
6 Yan 2007

III GÜN: TOPA İLK TOXUNUŞ . . .



Təlim məşq prosesinin üçüncü gününə "Qarabağ" Futbol Klubu erkən başladı. Belə ki, həkim kontrolundan keçməli futbolçular səhər saat 7-də Antalyanın mərkəzinə yollandılar. "An-Deva" Hayat Hastanesi-de komandanı çox hərarətlə qarşılayan xəstəxananın baş həkimi futbolçuların rahatlıqla müayinə olunması üçün bütün şəraiti yaratdı. Tez zaman ərzində bir neçə növ müayinə aparılaraq futbolçuların ürək, qan-damar, ciyər və digər bədən üzvlərini yoxlanıldı. Nəticə gözlənilən kimi qənaətbəxş çıxdı - bütün futbolçular öz sənətləri üçün tam yararlıdırlar... Bundan sonra dəniz sahilində,gözəl peyzajı olan Atatürk parkındakı "Vedat" restoranında yemək yeyən klub üzvləri "Silent Park Otel"ə qayıtdılar. Saat 16:00-da "Qarabağ" Futbol Klubu təlim məşqdə ilk olaraq stadionda məşqə yollandı. Yüngül isinmə hərəkətlərindən sonra futbolçular dar bölgədə oyun hərəkətləri etdilər.Daha sonra iki hissəyə bölünmüş komanda 15 dəqiqədən ibarət iki hissəli oyun keçirdilər. Məşq yüngül qaçışla yekunlaşdı...

Paylaş

// pop up