İKİ BAŞ QOLU VƏ NÖVBƏTİ MƏRHƏLƏ
İKİ BAŞ QOLU VƏ NÖVBƏTİ MƏRHƏLƏ
Oyunöncəsi insanların simasında bir kədər hiss olunurdu. Hər halda 2003-ci ildən Azərbaycan Futbol Federasiyaları Assosasiyasına başçılıq edən Ramiz Mirzəyevin vəfatı stadionda olan futbol ictimaiyyətinə təsir etməyə bilməzdi. "Qarabağ" Futbol Klubu öz kədərini ifadə edən plakatla meydana çıxmışdı. "FUTBOLUMUZUN BAŞI SAĞ OLSUN" şüarı həmin gün kubok oyunlarında mübarizədə daha çox baş verən faciəni xatırladırdı. Matç başlamamışdan öncə görüşün baş hakimi Vüsal Əliyev mərhumun xatirəsinə bir dəqiqəlik sükut elan etdi.
"Qarabağ" ötən matçlarla müqayisədə heyətində bir neçə dəyişiklik etmişdi. Osman Umarov yenə də start heyətində yer almışdısa, Aslan Kərimov, İsaac Pupo, Vaqif Cavadov, Kənan Kərimov, Qoqa Beraya matçı kənardan izlədilər. Buna baxmayaraq komandamız matça hücumlarla başladı. Amma təhlükəli vəziyyət 15-ci dəqiqədə baş tutdu. Cərimə zərbəsi zamanı öncə İrakli, sonra isə Viktor boş qapıya düşə bilmədi. 26-ci dəqiqədə Tagim Novruzov qapıçıyla üzbəüz qalsada son anda sayıqlığını itirərək epizodun boş getməsinə səbəb oldu. "Qarabağ"ın artan həmlələri 40-cı dəqiqədə bəhrə verdi. Ayxan Abbasovun sağ cinahdan ötürdüyü topa hamıdan tez çatan Murad başla tora göndərdi.
İkinci yarıya da hücumlarla başladıq və az sonra Viktor yerini Vaqifə buraxdı. Cavadovun meydana girməsi ilə oyunumuz daha da canlandı. Öncə 65-ci dəqiqədə Vaqif cəza sahəsində yıxılmasından sonra hakim penalti təyin etdi. Lakin Murad şansını qaçırdı. Lakin "Turan" bu şansını qaçırmadı. 80-ci dəqiqədə Nodar Məmmədovun əlinə top dəyməsindən sonra penaltini Vüsal Qarayev dəqiq yerinə yetirdi. Lakin komandamız qələbə qolunu vura bildi. Əks-hücum zamanı Murad bu dəfə də sağdan ötürmə verdi və Vaqiflə qola sevinmək üçün çətinlik çəkmədi.