İKİ DEBÜT, İKİ QOL - QƏLƏBƏ ! ! !

single-news
20 Avq 2006

İKİ DEBÜT, İKİ QOL - QƏLƏBƏ ! ! !



"Qarabağ" Futbol Klubu XV Milli Çempionatda ikinci oyununu səfərdə Qəbələnin "Gilan" komandası ilə keçirdi... Oyunun ilk hissəsini bütünlüklə komandamızın aktivinə yazmaq olar. Belə ki, hissə boyu dəfələrlə qol imkanları, təhlükləi vəziyyətlər yaradan "Qarabağ" gözəl kombinasiyalar ilə yadda qaldı. Lakin yalnız 29-cu dəqiqədə meydan sahibləri meydandan mərkəzdən başlamalı oldular. Samir Musayevin hava mübarizəsindən qalib ayrılması Kənan Kərimovu qapıçı ilə üzbəüz qoydu. Kənan isə bir fəndlə qapıçını da arxada qoyaraq hesabı açdı. Buna qədər isə 21-ci dəqiqədə Romalın ötürməsindən sonra Samir 100%-lik qol imkanını boşa vermişdi. 27-ci dəqiqədə isə Samir Abbasovun künc zərbəsindən gələn topu 2 metrlikdən qapıçının üstünə vurmasını yalnız meydan sahiblərinin bəxt gətirməsi kimi xarakterizə etmək olar. Hissənin sonlarinda əvvəlcə Aslanın ötürməsindən sonra Slobadan, az sonra isə Kənanın ötürməsindən sonra Samir Musayev fərqlənməyə çox yaxın oldular... İkinci hissə də ilk hissənin analogiyası oldu. Komandamız hücuma keçir, meydan sahibləri isə müdafiə olunurdular. bu hücumların nəticəsi olaraq qol isə yalnız hissənin sonlarında gəldi. Vasif Haqverdiyevin gözəl zərbəsi qapı doqquzluğuna yönəldi və bu qol oyunun nəticəsini müəyyənləşdirdi. Beləliklə, "Qarabağ" çempionatda ikinci oyunundan da qələbə ilə ayrılaraq aktivindəki xal sayını altıya yüksəltdi...

Paylaş