İKİ FƏRQLİ HİSSƏ . . .

single-news
31 Okt 2005

İKİ FƏRQLİ HİSSƏ . . .



İlk hissədə komandalar qapılar önündə o qədər də yadda qalan momentlər yarada bilmədilər. Amma qol anları ilə də hər iki klub azarkeşlərinə həyəcanlı anlar yaşada bildilər. İlk belə vəziyyət meydan sahibləri tərəfindən yaradıldı. Amma Cahangirin gözəl reaksiyası topun qapıdan keçməsinə mane oldu. "Qarabağ"ın növbəti hücumlarından birində isə Azər Cabbarovun yandan asmasına Voskoboynikin bir toxunuşu kifayət idi ki, top qapıdan keçsin. Lakin o topa çata bilmədi. Özünü yetirən Mübarizin zərbəsi isə qapı tirinə tuş gəldi... İkinci hissədə isə rəqib iki əvəzetmə etdi. Bu isə onların oyununu bir qədər canlandırdı. Bunun nəticəsində hücumların kəsərini artıran "İnter" "Qarabağ" müdafiəsinin də köməyi nəticəsində 11 metrlik cərimə zərbəsi qazandı. Bu isə oyunun taleyinin həll olunması demək idi: Lıçkin 11 metrlikdən hesabı açdı. Qoldan 8 dəqiqə keçmişdi ki, Lıçkinin küncdən zərbəsi Ruslan Musayevun başından öz qapımızı tapdı - 2:0. Qoldan sonra Kravçenkonun ötürməsindən sonra Azər Cabbarovun başla zərbəsini isə qapıçı tuta bildi... Beləliklə, "İnter" ikinci hissədəki üstün oyunu ilə oyundakı qələbəsini rəsmiləşdirdi.

Paylaş