İki Futbolçu baxışdadır...

single-news
13 Yan 2010

İki Futbolçu baxışdadır...



`Qarabağ` Futbol komandasının Antalya təlim məşqində üçüncü günü iki məşqlə davam etdi. Səhər məşqində fiziki hazırlığa, axşam isə iki saata yaxın davam edən məşqdə taktiki hazırlığa üstünlük verildi...

Heyəti gücləndirmək üçün işlərə də əməli start verildi. Komandanın düşərgəsinə iki futbolçu əlavə olundu. Bir neçə gün ərzində Baş Məşqçimiz Qurban Qurbanovun sərəncamında olacaq aşağıda haqqında yazılan bu futbolçular Baş Məşqçimizə özlərini sübut etməlidirlər.

Gabriel Apolo De Mendonca Rosa

23 yaşlı (1986-cı il doğumlu) əslən Braziliyalı olan bu futbolçunun son komandası Fransa birinci liq komandası Saint Ge Nevieve olub. 190 sm boya malik, fiziki göstəriciləri yüksək olan futbolçunun ampluası hücumçudur.

Maksim Fyodorov

20 yaşlı (1989-cu il doğumlu) Rusiya vətəndaşı olan futbolçu OMİK (ÇSKA) futbol klubunun yetirməsidir. Həmin Klubda əvəzedici komandanın heyətində əsas heyət oyunçusu olan bu futbolçu Rusiyanın perspektivli futbolçular siyahisindadır. Gənc futbolçunun ampluası hücumameylli yarımmüdafiəçidir.

 

 

 

Paylaş

// pop up