İki futbolçumuz U-21-də

31 May 2024
İki futbolçumuz U-21-də
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qarabağ”ın qapıçısı Amin Ramazanov və hücumçusu Nəriman Axundzadə də yığmaya dəvət alıblar.
Onların yer aldığı millimiz iyunun 7-də Bratislavada Slovakiya, iyunun 11-də isə Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq. U-21 iyunun 1-də təlim-məşq toplanışına başlayacaq. Komandamızın futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra iyunun 3-də kollektivə qoşulacaqlar. U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.