İki futbolçumuz U-21 millisində

18 Mar 2024
İki futbolçumuz U-21 millisində
Komandamızın 2 futbolçusu – Amin Ramazanov və Nəriman Axundzadə Azərbaycanın U-21 milli komandasının Bakıda keçiriləcək toplanışına dəvət alıblar. Yığmamız martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun "Azersun Arena"da keçiriləcək.