Iki heyət, iki oyun...

single-news
20 Yan 2010

Iki heyət, iki oyun...



Bu gün `Qarabağ` Futbol Komandası Antalyadakı hazırlıq planı çərçivəsində iki oyun keçirməyi planlaşdırmışdı. Səbəb baxışda olan futbolçuları , eyni zamanda hazırlığa uyğun heyəti yoxlamaq idi. İlk rəqib Rusiya birinci dəstə təmsilçisi olan `Ska Energiya` oldu, ikinci oyun isə Qazaxıstan Yüksək dəstə təmsilçisi `İrtış` olacaqdır ...

Baş Məşqçimiz Qurban Qurbanov hər iki oyunda oynayacaq futbolçulara 90 dəqiqə baxmaq üçün heyəti iki hissəyə böldü. İlk oyun bütün baxışa gələn futbolçulara şans verildiş `Qarabağ` aşağıdakı heyətlə `Ska Energiya` qarşısında 90 dəqiqə oynadı: Osman, Aftandil, Zaur, Ayxan, Qara, Namiq, Semler, Hassam, Junco, Zarate, Grigalevicius. Yalnız matçın ikinci hissəsində əməliyyat sonrası ilk dəfə Elvin Məmmədov daxil oldu ki, bu da sevindirici hal idi...

Oyundan öncə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı..

Matça gəlincə, baxışa gələn futbolçuların hər birinin individual oyunu, bir-birini başa düşməməsi açıq-aşkar sezilirdi. Məhz bunun nəticəsi olaraq rəqibin dörd dəfə fərqlənməsinə komandamız bir dəfə cavab verə bildi. İlk yarıda minimal üstünlük qazanmış Rusiya təmsilçisi, ikinci hissədə zaur Həşimovun möhtəşəm cərimə zərbəsi ilə cavab aldı. Lakin irəlidə istər Zarate, istərsə də Grigalevicius əldə etdikləri bir neçə 100%`li imkanları boşa verincə, rəqib əldə etdiyi imkanlardan maksimum yararlandı...

Matç sonrası Qurban Qurbanov başıxa gələn futbolçulardan razı qalmadığını, əksəriyyətinin `Qarabağ`da saxlanılmayacağını bildirdi. Günün ikinci matçında `Qarabağ`ın ilk matçda oynamamış, əsas heyət futbolçuları meydana çıxacaqdır...

`Ska Energiya` - Qarabağ` : Fotoqalereya

Paylaş

// pop up