İKİ LEGİONER BAXIŞDADIR...

single-news
24 İyl 2005

İKİ LEGİONER BAXIŞDADIR...



Artıq xəbər verdiyimiz kimi, "Qarabağ" FK heyəti gücləndirmək üçün bir neçə legioner futbolçu heyətinə qatmaq fikrindədir. Artıq bu istiqamətdə işlər aparılmış və iki legioner kluba dəvət olunmuşdur. Bunlar xorvatiyalı müdafiəçilər Blajenko Bekovaç və Kolak Drajendir. Hər ikisi müdafiəçi olan bu futbolçular müdafiə xəttində olan boşluqları aradan qaldırmaq məqsədilə komandaya dəvət olunmuşlar. Klubla anlaşmanın olub-olmayacağı isə yalnız təlim-məşq prosesindən sonra məşqçinin verəcəyi qərardan sonra bəlli olacaq.

Paylaş