İKİ MƏŞQÇİ DİSKVALİFİKASİYA OLUNUB

single-news
8 Okt 2008

İKİ MƏŞQÇİ DİSKVALİFİKASİYA OLUNUB



AFFA-nın rəsmi saytının verdiyi məlumata əsasən Premyer Liqanın son turunda çoxlu sayda sarı vərəqə görən klublar 1000 manat məbləğində cərimələnib. Cərimələnən klublar isə bunlardır: "Olimpik", "Bakı", "Karvan", "İnter", "Turan" və "Qarabağ".

Eyni zamanda "Olimpik" komandasının bir oyunçusu "Bakı" ilə qarşılaşmada meydandan qovulan Nizami Hacıyev bir oyunluq cəza alıb. Klubu isə 200 manat məbləğində cərimələnib.

Həmçinin  də cəzalananlar siyahısında iki məşqçinin də adını görmək olar. Söhbət "Simurq"un məşqçisi Vladimir Fiqel və futzal  klublu  "Araz"ın baş məşqçisi Böyükağa Hacıyevdən gedir. Onların klubları isə müvafiq olaraq 2000 və 100 manat cərimə olunacaq.

Paylaş

// pop up