İKİ MƏŞQÇİMİZ DİPLOMLA TƏLTİF OLUNDU

single-news
11 İyn 2005

İKİ MƏŞQÇİMİZ DİPLOMLA TƏLTİF OLUNDU



UEFA-nın “Jira” proyektinə uyğun Azərbaycan məşqçilərinin “B” kateqoriyalı diplomu üzrə kurslar artıq başa çatmışdır. “Qarabağ” Uşaq Futbol Klubunun uğurları üçün çalışan iki məşqçimiz – uzun illər “Qarabağ” Uşaq Futbolunda Məşqçi işləyən Elşad Xudadatov və Klubumuzda Seleksioner- Məşqçi, eyni zamanda 15 yaşlılardan ibarət Millinin Baş məşqçisi olan Mirbağır İsayev keçirilən kursun nəticəsi olaraq “B kateqoriya”lı Diploma layiq görülmüşlər. Bu münasibətlə, Klub rəhbərliyi hər iki məşqçimizi təbrik edir, onlara gələcək karyeralarında uğurlar arzulayır. Daploma layiq görülən Elşad Xudadatovun fikirləri: “ Mən Azərbaycanda belə kursları təşkil etdiyinə görə AFFA rəhbərliyinə, eyni zamanda başda Rafik Bağırov olmaqla kursa rəhbərlik edən şəxslərə öz təşəkkürümü bildirirəm. “Qarabağ” olaraq isə, mənə etimad göstərib, bu seminara tövsiyyə etdiyinə görə, klubumuzun İcraçı Direktoru Emrah bəyə öz dərin minnətdarlığımı bildirirəm. Bu kurs bizim məşqçilik karyeramızda önəmlidir. Burada biz nəzəri və əməli biliklərə yiyələnməklə, təcrübəmizi daha da artırdıq. Biz çalışacağıq ki, qazandığımız bu təcrübəni uşaq futboluna tətbiq edərək, Azərbaycanın gələcəyi olan uşaqları bu gün sabaha daha yaxşı hazırlaşdıraq. Bununla da, biz futbolumuza bir töhvə verərək, Azərbaycan Futboluna gərəkli olmağa çalışmalıyıq. Bu gün “Qarabağ”da uşaq futboluna diqqət artırılıb. Bu sevindirici haldır. Əgər Futbolumuzun inkşafını istəyiriksə, ilk növbədə uşaqlara diqqət yetirməliyik. ”Qarabağ”da məhz bunu edir. Artıq müxtəlif yaş qruplarında komandamızda perspektivli oyunçular yetişməkdədir. Mən inanıram ki, bu diqqətin nəticəsini yaxın illərimizdə görəcəyik. “Qarabağ” düz yoldadır. Bu yolda mənim də azacıq da olsa əməyim olduğuna görə sevinirəm.”

Paylaş