İki oyun baş tutmayacaq (SON DEQİQE)

single-news
19 Avq 2006

İki oyun baş tutmayacaq (SON DEQİQE)



Sabah futbol üzrə 15-ci ölkə çempionatında 3-cü tura start veriləcək. Yığmanın Ukraynayla oyunu üzündən oyunların üçü bazar ertəsinə salınıb. Amma bazar günü də cəmi iki matç baş tutacaq. Buna səbəb iki komandanın artıq üçüncü matçının təxirə salınmasıdı. "Karvan" UEFA kubokunun oyununa görə "Şahdağ"la səfər matçına çıxmayacaqsa, "Gəncə" - "MKT-Araz" görüşünün ertələnməsinə birincilərin xahişi səbəb olub. Belə ki, qərb klubu heyətin komplektləşdirilməsi işini yekunlaşdırmadığından bu turda da meydana çıxmayacaq. Baş tutacaq oyunlara gəlincə, "Gilan" yenə Yevlaxda oynayacaq. Növəbəti dəfə səfər oyununu başqa yerdə keçirməli olan qəbələlilər "Qarabağ"dan xal almağa çalışacaq. Amma ilk turda qələbə qazanan ağdamlılar çətin ki, qələbəni əldən versin. Debütantla görüşdə qonaqlar üç xal qazanmağa borcludu. Turun mərkəzi qarşılaşması haqda isə əminliklə danışmaq olmur. Çünki "Neftçi" - "İnter" görüşündə aşkar favorit yoxdu. Real götürsək, flaqman bu gün daha yaxşı formadadı. "Xəzər-Lənkəran"a məğlubiyyətə və həmin oyunda meydandan qovulan Svyatoslav Stefanovun yoxluğuna baxmayaraq, Qurban Qurbanovun komandası həmşəhərlilərini yenməlidi. Amma ilk oyununda büdrəyən "İnter" də böhrandan çıxmağa çalışır. Elə bu üzdən Valentin Xodukinin yetirmələrinin sonadək döyüşəcəyi şübhə doğurmur. Bazar ertəsi baş tutacaq oyunlardan "Simurq" - "Xəzər-Lənkəran" görüşü maraq doğurur. Cənublular qələbə seriyasını davam etdirib zirvədən qopmaq istəmir. Roman Pokoranın yetirmələri isə nəhayət ki, elitada ilk qələbəsini qazanmaq arzusundadı. Çempion isə yəqin ki, növbəti qələbəylə birinci pillədəki duruşunu davam etdirəcək. "Gənclərbirliyi" "Bakı"nın dişinə görə rəqibdi. Hətta Böyükağa Hacıyevin yetirmələrinin qol buraxmamaq nənəsinə sadiq qalacağını da qeyd edə bilərik. Elə "Olimpik" - "Turan" oyunuyla bağlı da müəyyən ehtimallar irəli sürmək olar. Hələ ki qola həsrət qalan komandaların bu gün tilsimi qıracağı şübhə doğurmur. Və çox güman ki, məhz bakılılar qələbə qazanacaq. Çünki Əsgər Abdullayevin yetirmələri rəqib oyunçularla müqayisədə daha təcrübəlidi və uğur qazanmağın yolunu tapmalıdı.

Paylaş