İKİ OYUNUN VAXTI DƏYİŞDİRİLİB
19 Mar 2008
İKİ OYUNUN VAXTI DƏYİŞDİRİLİB
Martın 26-da Azərbaycan millisi Vilnüsdə Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bununla əlaqədar Azərbaycan millisinin heyətinə «Neftçi» PFK-dan 5, «Olimpik» FK-dan isə 3 oyunçu dəvət edilib. Adları çəkilən hər iki klub Premyer Liqanın XIX turu çərçivəsində martın 29-da təqvimə əsasən növbəti oyunlarını keçirməli idilər. Millinin yoldaşlıq görüşündən sonra futbolçuların fiziki formasının yenidən bərpa olunması üçün martın 29-da keçirməli olduqları oyunun 30 mart tarixinə keçirilməsi barədə «Neftçi» və «Olimpik» klubları AFFA-ya rəsmi qaydada müraciət ediblər. Bununla əlaqədar XIX turun «Neftçi» - «Bakı» və «Olimpik» - «Standard» oyunları martın 29-dan martın 30-a keçirilib.