İKİNCİ DÖVRƏ FEVRALIN 12-DƏ START GÖTÜRƏCƏK.(Futbol+, 20 dekabr)

single-news
20 Dek 2004

İKİNCİ DÖVRƏ FEVRALIN 12-DƏ START GÖTÜRƏCƏK.(Futbol+, 20 dekabr)



Ölkə çempionatının güclülər dəstəsində dövrələrarası fasilə heç iki ay da çəkməyəcək.Belə ki, mövsümün ikinci yarısının fevralın 12-də başlaması nəzərdə tutulub.Bu haqda bilgi aldığımız AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri Məlik Həsənov elita təmsilçilərinin artıq bu haqda məlumatlandırıldığını da qeyd etdi.Artıq ilkin təqvim də hazırlanıb və ikinci dövrə əvvəlki axarla davam edəcək.Yəni 1-ci turda qarşılaşanlar 18-ci, 2-ci turdakılar 19-cu və s. belə qaydada üz-üzə gələcək. Milli komandanın hazırlıq planı tam təstiq olunduqdan sonra çempionatın təqvimi dəqiqləşəcək.

Paylaş