İKİNCİ DUEL: "QARABAĞ" 3 - 1 "GƏNCLƏRBİRLİYİ"

single-news
1 Fev 2006

İKİNCİ DUEL: "QARABAĞ" 3 - 1 "GƏNCLƏRBİRLİYİ"



"QARABAĞ" - Vitaliy Kovalyov, Hüseyn İsgəndərov (Okvubar Azuka,46), Zoran Çilinşek, Azər Məmmədov, Sergey Sokolov, Ramiz Hüseynov (Mübariz Orucov,46), Aslan Kərimov, Bojan İliç (Vasif Haqverdiyev,46), Ramal Hüseynov, İrakli Beraiya, Qoqa Beraiya. "Qarabağ" FK heyəti komplekləşdirmək yolunda işlərini demək olar ki, yekunlaşdırmaq üzrədir. Heyətdən göründüyü kimi, bir neçə futbolçu ilə güclənən "Qarabağ" Sumqayıt təmsilçiləri ilə matçda da çətinliklə üzləşmədilər. Matç boyu- həm birinci həm də ikinci hissədə rəqib qapısı qarşısında keçən oyunun müqəddəratını "Qarabağ" ikinci hissənin ilk 10 dəqiqəsində həll etdi. İlk olaraq Romal, iki dəqiqə sonra isə Qoqadan ötürmə alan Azuka hesabı 2:0 etdi. Daha 4 dəqiqə sonra isə Mübariz Orucovun iki futbolçunu arxada qoyduqdan sonra ötürməsini müdafiəçi öz qapısından keçirərək hesab arasındakı fərqi daha da artırdı. Son dəqiqələrdə isə sumqayıt təmsilçiləri yaranmış boşluqdan istifadə edərək bir təsəlli topu vura bildilər... Bu matçda yeni heyətlə "Qarabağ" rəqibə heç bir şans vermədi. Oyunçuların birlikdə oyun və hətta məşq praktikasının olmamasına baxmayaraq, baş məşqçimiz Böyükağa Ağayev də komandnın oyunundan razılığını gizlətmədi. Xatırladaq ki, heyətdə gördüyünüz oyunçular yalnız baxışdadır və onlarla yaxın günlərdə müqavilə imzalanması gözlənilir. SAYTIMIZI İZLƏMƏKDƏ DAVAM EDİN . . .

Paylaş