İKİNCİ GÜN: ÜÇLÜ MƏŞQƏ START ! ! !
İKİNCİ GÜN: ÜÇLÜ MƏŞQƏ START ! ! !
Təlim məşqin ikinci günü "Qarabağ" Futbol Klubu intensiv hazırlığa start verdi. Öncədən bildirək ki, komanda bir neçə gün ərzində gündəlik 3 dəfəlik məşqlər etməyi planlaşdırmışdır. Beləliklə səhər yeməkdən öncə komanda yaxılıqdakı meşəyə yollanaraq kross qaçışla günlük məşqə start verdi. 1 saatliq -3 dəfə 10 dəqiqəlik qaçışlar idman hərəkətləri ilə yekunlaşdı. Yerli vaxtla saat 10:30-da isə komanda Patalya Otelin idman meydançasına yollandı. İsinmə hərəkətlərindən sonra komanda yüngül qaçışlarla məşqə start verdi. Daha sonra toplarla müxtəlif hərəkətlər edən komandanın səhər məşqi fiziki hazırlıq baxımından daha faydalı göründü. Günün sonuncu məşqi isə yerli vaxtla saat 16:30-da baş tutdu. Bu məşq bütünlüklə toplarla fiziki - texniki hazırlıq yönümündən faydalı oldu. Məşqin sonunda 10-10 yarım meydançada bir və iki toxunuşla futbol oynayan komanda üzvlərində əhval-ruhiyyənin yüksək olması diqqətdən qaçmadı. Məşq sonrası Baş Məşqçimiz Rasim Kara fikirlərini bölüşdü: "Komandaya yeni futbolçular qoşulmuşlar. Lakin sevinirəm ki, bu futbolçuların komandaya uyğunlaşma prosesi o qədər də uzun sürməyəcək. Yoldaşlıq oyunları planlaşdırmışıq. Lakin Laktat testin və Komandanın ümumi həkim nəzarətindən keçirilməsi vaxtının dəqiq bilinməməsi səbəbindən konkret komandalarla oyun günləri müəyyənləşməmişdir..."
Xatırladaq ki, komanda Professor Mehmet Binnet tərəfindən həkim kontrolundan keçəcək. Laktat testi isə Türkiyə Milli komandasının Baş Həkimi Bülent Bayraktar keçirəcək. Bu həkim bir gün öncə eyni testi "Qalatasaray" komandasının futbolçuları ilə aparmışdır.
Patalya Otelden komandanın hazırlığı ilə bağlı fotolar az sonra sayta FOTOQALEREYA bölümünə yerləşdiriləcək. Saytı ziyarət etməkdə davam edin...