«İlin ən yaxşıları»: Rauf Əliyev və Qurban Qurbanov (fanat.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
«İlin ən yaxşıları»: Rauf Əliyev və Qurban Qurbanov (fanat.az)
Jurnalistlər seçimini etdi
Fanat: Hə, 2011-ci ili də yola salmağa hazırlaşırıq. Bu il futbol təsərrüfatımızın tarixində çətin ki, uğurlu il kimi qalsın. Milli və klublar yaddaqlan uğura imza atmadılar, çempionatımızın səviyyəsi yüksəlmədi, azarkeşlər stadionlara gəlmədi, Premyer-Liqada sağlam rəqabət bərpa olunmadı. 2011-ci ilin uğursuz olduğunu sübut etmək üçün faktlar yetərlidi bizcə. Amma bütün uğursuzluqlara rəğmən, 2011-ci ilin ən yaxşılarını seçməyə də borcluyduq. Seçdik də. «Komanda» Azərbaycan futbol təsərrüfatının ən ədalətli kəsimi olan mətbuat nümayəndələri arasında keçirdiyi sorğu ilə yola salmağa hazırlaşdığımız ilin ən yaxşı məşqçisi və futbolçusunu seçdi. 2008-ci ildə, «Komanda»nın ilk sorğusunda yalnız ilin futbolçusunu müəyyənləşdirmişdik. 2009-cu ildən başlayaraq isə həmkarlarımıza ilin məşqçisini də müəyyənləşdirməyi tövsiyyə etdik. İndi statistikaya nəzər saldıqda, olduqca maraqlı vəziyyət yaranır. Son 3 ildə ilin məşqçisi və futbolçusu nominasiyasında «Qarabağ»lılar qalib gəlir. Futbolçuların adı dəyişsə də, son 3 ildə Qurban Qurbanova layiqli rəqib tapılmır ki, tapılmır. AFFA prezidenti Rövnəq Abdullayevin nəzərinə çatdırırıq ki, düz 2 ildi onun təcrübəli dediyi Berti Foqts ölkənin aparıcı idman mətbuatının nümayəndələrindən çox az səs alır, amma təcrübəsiz hesab etdiyi Qurbanov böyük üstünlüklə 3 ildi ilin məşqçisi seçilir. Qurban bəy bu il də 43 jurnalistin böyük əksəriyyətinin etimadını qazanıb. Əlavə şərhə ehtiyac varmı?
İndi isə gələk ilin futbolçusu nominasiyasına. RAUF ƏLİYEV! Yenə də «Qarabağ». Yenə də böyük üstünlük. Rauf digər namizədləri böyük üstünlüklə geridə qoyub. Xatırladırıq ki, hər bir jurnalist namizədləri 1, 2 və 3-cü yerə layiq görməklə dəyərləndirib. 1-ci yerə 3 xal, 2-ci yerə 2 xal, 3-cü yerə isə 1 xal verilib. Rauf 114 xal toplayaraq 2-ci yerdə qərarlaşan Mahir Şükürovü (24 xal) 90 xal geridə qoyub. Təkcə bir faktı xatırladaq ki, Raufun qələbəsinin möhtəşəmliyi göz oxşasın. Gənc hücumçunu səsvermədə iştirak edən 43 jurnalistin hər biri fərqləndirib. 31 nəfər Raufu 1-ci, 9 nəfər 2-ci, 3 nəfər isə 3-cü yerə layiq görüb.
Təbii ki, Raufun ön plana çıxmasının əsas səbəbi «Qarabağ»ın və millinin əsas qol silahına çevrilməsi olub. Qurban Qurbanovun rəhbərliyi altında gündən-günə ustalığını artıran hücumçu diqqətləri üzərinə cəmləyə bildi. Bildi və qiymətini də mətbuat tərəfindən aldı. İndi növbədə Avropa yolçuluğu olmalıdı. Rauf istedadının Azərbaycan hüdudları ilə məhdudlaşmadığını sübut etməlidi.
Sorğumuzda ikinci yeri «Qəbələ»nin və millinin üzvü Mahir Şükürov tutdu. Sözsüz, Şükürov «Anji»də qalsaydı, indi Rauf belə üstünlüklə ilin futbolçusu seçilə bilməzdi. Amma Mahirin «Anji»də möhkəmlənə bilməyərək geri qayıtmasını, üstəlik qanında qadağan olunmuş maddənin tapılmasını nəzərə alsaq, 2-ci yerin də onun üçün böyük uğur olduğunu vurğulamalıyıq.
İlk 3-lüyü «Qarabağ»ın üzvü Rəşad Sadiqov tamamlayır. Ağdamlıların «motor»u hesab olunan futbolçu yavaş-yavaş millinin də əsas simasına çevrilir. Futbolçu ömrünün kamillik yaşında olan Sadiqov yəqin ki, hələ potensialını tam xərcləməyib.
«Komanda» qəzeti olaraq sorğuda iştirak bütün həmkarlarımıza təşəkkür edirik.
***
Kim kimə səs verib?
TV-lər
Elman Himayətoğlu, İTV
Futbolçu: 1. Rauf Əliyev. 2. Ufuk Budak. 3. Ruslan Abışov
Məşqçi: Berti Foqts
Emin Abbasov, «Xəzər» TV
Futbolçu: 1. Rauf Əliyev. 2. Mahir Şükürov. 3. Ruslan Abışov
Məşqçi: Arif Əsədov
İlkin Fikrətoğlu, ATV
Futbolçu: 1. Rauf Əliyev. 2. Əfran İsmayılov. 3. Vaqif Cavadov
Məşqçi: Arif Əsədov
Tural Xudiyev, «Space» TV
Futbolçu: 1. Rəşad Sadıqov. 2. Rauf Əliyev. 3. Ufuk Budak
Məşqçi: Arif Əsədov
Rövşən Binnətli, «Lider» TV
Futbolçu: 1._____ 2. Ruslan Abışov. 3. Rauf Əliyev
Məşqçi: Qurban Qurbanov
Səyavuş Əliyev, «İdman Azərbaycan»
Futbolçu: 1. Rauf Əliyev. 2. Kamran Ağayev. 3. Ufuk Budak
Məşqçi: Mirça Rednik
Xəyal Azəroğlu, ANS
Futbolçu: 1. Rauf Əliyev. 2. Rəşad Sadiqov. 3. Kamran Ağayev
Məşqçi: Qurban Qurbanov
Qəzetlər
Anar Xanlarov, «Çempion»
Futbolçu: 1. Mahir Şükürov. 2. Rauf Əliyev. 3. Ruslan Abışov
Məşqçi: Qurban Qurbanov
Rəşad Fərhadoğlu, «Sport Favorit»
Futbolçu: 1. Rəşad Sadıqov. 2. Rauf Əliyev. 3. Kamran Ağayev
Məşqçi: Nazim Süleymanov
İlkin Vaqifoğlu, «Futbol+qol»
Futbolçu: 1. Rauf Əliyev. 2. Kamran Ağayev. 3. Əfran İsmayılov
Məşqçi:
Kamran Hacı, «İdman»
Futbolçu: 1. Rauf Əliyev. 2. Mahir Şükürov. 3. Ruslan Abışov
Məşqçi: Arif Əsədov
Vüsal Mahmudov, «Ekspress Futbol»
Futbolçu: 1. Rauf Əliyev. 2. Rəşad Sadiqov. 3. Vaqif Cavadov
Məşqçi: Arif Əsədov
Mikayıl Nərimanoğlu, «Futbol dünyası»
Futbolçu: 1. Rauf Əliyev. 2. Kamran Ağayev. 3. Rəşad Sadıqov
Məşqçi: Arif Əsədov
Famil Cəfərli, “Yeni Müsavat”
Futbolçu: 1. Rauf Əliyev. 2. Aqil Nəbiyev. 3. Rəşad Sadiqov
Məşqçi: Qurban Qurbanov
İlham Quliyev, “Kaspi”
Futbolçu: 1. Rauf Əliyev. 2. Rəşad Sadiqov. 3. Kamran Ağayev
Məşqçi: Qurban Qurbanov
Saytlar
Ceyhun Rzayev, «penalti.az»
Futbolçu: 1. Mahir Şükürov. 2. Rauf Əliyev. 3. Rəşad Sadiqov
Məşqçi: Qurban Qurbanov
Şahin Oğuz, «premyerliqa.az»
Futbolçu: 1. Rauf Əliyev. 2. Mahir Şükürov. 3. Kamran Ağayev
Məşqçi: Mirça Rednik
Elçin Cəlilov, «futbolpress.az»
Futbolçu: 1. Kamran Ağayev. 2. Rauf Əliyev. 3. Aqil Nəbiyev
Məşqçi: Mirça Rednik
Saleh Arslan, «korner.az»
Futbolçu: 1._____ 2. Rauf Əliyev. 3. Ufuk Budak
Məşqçi: Qurban Qurbanov
Vüqar Zeynalov, «azerisport.az»
Futbolçu: 1. Rauf Əliyev. 2. Mahir Şükürov. 3. Rəşad Sadıqov
Məşqçi: Qurban Qurbanov
Əli Sahib, «fanat.az»
Futbolçu: 1. Rauf Əliyev. 2. Kamran Ağayev. 3. Ruslan Abışov
Məşqçi: Qurban Qurbanov
Sənan Abdullayev, "rekord.az"
Futbolçu: 1. Rauf Əliyev. 2. Rəşad Sadiqov. 3. Ruslan Abışov
Məşqçi: Qurban Qurbanov
Rüstəm Piriyev, «extratime.az»
Futbolçu: 1. Ruslan Abışov. 2. Mahir Şükürov. 3. Rauf Əliyev
Məşqçi: Mirça Rednik
Erkin İbrahimov, «azerifootball.com»
Futbolçu: 1. Rauf Əliyev. 2. Rəşad Sadiqov. 3. Ruslan Abışov
Məşqçi:
Mehman Süleymanov, «apasport.az»
Futbolçu: 1. Rauf Əliyev. 2. Əfran İsmayılov. 3. Rəşad Sadiqov
Məşqçi: Berti Foqts
Aydın Bağırov, «qol.az»
Futbolçu: 1. Rauf Əliyev. 2. Mahir Şükürov. 3
Məşqçi: Qurban Qurbanov
Anar Cəfərsoy, «supersport.az»
Futbolçu: 1. Rauf Əliyev. 2. Kamran Ağayev. 3. Rəşad Sadiqov
Məşqçi: Arif Əsədov
Vüsal Mehdioğlu, «futbol365.az»
Futbolçu: 1. Rauf Əliyev. 2. Aqil Nəbiyev. 3. Mahir Şükürov
Məşqçi: Qurban Qurbanov
Vüsal Gözəlov, «stadium.az»
Futbolçu: 1. Rauf Əliyev. 2. Rəşad Sadıqov. 3. Əfran İsmayılov
Məşqçi: Qurban Qurbanov
İlkin Vidadioğlu, «mundial.az»
Futbolçu: 1. Rauf Əliyev. 2. Rəşad Sadiqov. 3. Aqil Nəbiyev
Məşqçi: Qurban Qurbanov
Elgün Aslanov, «sportxeber.az»
Futbolçu: 1. Rauf Əliyev. 2. Əfran İsmayılov. 3. Mahir Şükürov
Məşqçi: Arif Əsədov
Emil Quliyev, «gün.az»
Futbolçu: 1. Rauf Əliyev. 2. Əfran İsmayılov. 3. Ruslan Abışov
Məşqçi: Qurban Qurbanov
Nurəddin Heydərov, “Azadinform” İnformasiya Agentliyi
Futbolçu: 1. Əfran İsmayılov. 2. Rəşad Sadıqov. 3. Rauf Əliyev
Məşqçi: Mirça Rednik
Elnur Əşrəfoğlu, “olimpiya.az”
Futbolçu: 1.______ 2. Rauf Əliyev. 3. Ruslan Abışov
Məşqçi: Berti Boqts
Emin Hüseynli, “Trend” İnformasiya Agentliyi
Futbolçu: 1. Rauf Əliyev. 2. Ruslan Abışov. 3. Rəşad Sadiqov
Məşqçi: Qurban Qurbanov
Ceyhun Əzizli, “cimbom.az”
Futbolçu: 1. Ruslan Abışov. 2. Rauf Əliyev. 3. Rəşad Sadiqov
Məşqçi: Qurban Qurbanov
«Komanda» qəzeti
Rəşad Ergün
Futbolçu: 1. Rauf Əliyev. 2. Vaqif Cavadov. 3. Rəşad Sadıqov
Məşqçi: Qurban Qurbanov
Kənan Məstəliyev
Futbolçu: 1. Rauf Əliyev. 2. Rəşad Sadıqov. 3. Vaqif Cavadov
Məşqçi: Qurban Qurbanov
Natiq Muxtarlı
Futbolçu: 1. Rauf Əliyev. 2. Rəşad Sadiqov. 3. Əfran İsmayılov
Məşqçi: Qurban Qurbanov
Pərviz Hikmət
Futbolçu: 1. Rauf Əliyev. 2. Əfran İsmayılov. 3. Ufuk Budak
Məşqçi: Qurban Qurbanov
Elməddin Abdullayev
Futbolçu: 1. Rauf Əliyev. 2. Ufuk Budak. 3. Rəşad Sadiqov
Məşqçi: Qurban Qurbanov
Vüsal Yaşaroğlu
Futbolçu: 1. Mahir Şükürov. 2. Rauf Əliyev. 3. Rəşad Sadiqov
Məşqçi: Arif Əsədov
Pərviz Şükürov
Futbolçu: 1. Rauf Əliyev. 2. Ufuk Budak. 3. Mahir Şükürov
Məşqçi: Qurban Qurbanov
«İlin ən yaxşı məşqçisi» sorğusunun nəticəsi
Qurban Qurbanov - 23 xal
Arif Əsədov - 9 xal
Mirça Rednik - 5 xal
Berti Foqts - 3 xal
Nazim Süleymanov - 1 xal
«İlin ən yaxşı futbolçusu» sorğusunun nəticəsi
Rauf Əliyev - 114 xal
Mahir Şükürov - 24 xal
Rəşad Sadiqov - 22 xal
Ruslan Abışov - 19 xal
Kamran Ağayev - 17 xal
Əfran İsmayılov - 16 xal
Rəşad Sadıqov - 15 xal
Ufuk Budak - 10 xal
Aqil Nəbiyev - 6 xal
Vaqif Cavadov - 5 xal