İLİN SON MATÇININ SON HAZIRLIĞI
İLİN SON MATÇININ SON HAZIRLIĞI
Sabah “Olimpik”lə qarşılaşacağımız matçın hazırlığı artıq başa çatıb. Saat 11:00-də “Ruslan-93”də baş tutan çalışmada tam heyətlə çalışan komandamız artıq ilin son, mövsümün ilk yarısının son görüşünü gözləməyə başlayıb. Komandamız görüşə tam hazırdır. Təxminən, bir saatlıq çalışma zamanı futbolçularımızın yüksək-əhval ruhiyyə olması nəzərlərdən qaçmadı. Daha çox isinmə hərəkətlərinə əsaslanan çalışmada bütün futbolçuların qatılımıyla gerçəkləşdi. Çalışmada futbolçular 2-li qruplara bölünərək fərqli təmrinləri yerinə yetirdilər.
Bir daha xatırladaq ki, oyun14:15-də Tofiq İsmayılov adına stadionda keçiriləcək. Görüşün Aztv-ilə canlı yayımlanması gözlənilir.
Bu arada görüşün hakimlərinin adları məlum olub. Oyunu milli dərəcəli hakim Rövşən Əhmədov və briqadası idarə edəcək.