İlin son oyunu: `Qəbələ` - `Qarabağ`. 0:0
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5497.jpg)
İlin son oyunu: `Qəbələ` - `Qarabağ`. 0:0
`QARABAĞ`: Boyan Pavloviç, Maksim Medvedev, Qara Qarayev, Namiq Yusifov, Rəşad Sadıqov, Vüqar Nadirov, Admir Teli, Rauf Əliyev, Əfran İsmayılov, Ansi Aqolli, Da Silva Roşa
1`- İlk hissə başlayır
4`- `Qarabağ`ın əks hücumu... lakin Əfran topa çata bilmir
6`- `Qəbələ` hücumu... Pavloviç topu dəf edir
9`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, müdafiəçilər topu meydandan çıxarır
12`- Oyun əsasən meydan mərkəzində gedir
18`- Vüqar künc zərbəsini yerinə yetirir, lakin top uzaqlaşdırılır
20`- Əfranın qapı qarşısına ötürməsi, lakin Lyubo Baranin topu uzaqlaşdırır
24`- Baranin Raufa qarşı qayda pozur. Roşa cərimə zərbəsini yerinə yetirir, lakin top meydandan çıxır
25`- Rauf Əliyev və Saşa Yunisoğlu toqquşma nəticəsində zədələnirlər, onlara tibbi yardım göstərilir
27`- `Qəbələ` künc zərbəsini yerinə yetirir, və Pavloviç əla reaksiya ilə topu dəf edir
28`- Oyunda `Qarabağ` topa daha çox nəzarət edir
30`- Əfran ofsayta düşür
32`- Aqollinin qapı qarşısına ötürməsi, lakin topa çatan olmur
34`- Komandamız ardıcıl hücumlar qursa da, lakin qapıya zərbə endirə bilmirlər
37`- `Qəbələ` hücumu... Aqolli topu meydandan çıxarır
40`- Əfran 3 rəqibini keçir, cərimə meydançasına daxil olur, onun qapıya zərbəsi qüvvətli olur və top meydandan çıxır
43`- `Qəbələ` oyunçusu sarı vərəqə alır
44`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, Raufun başla qapıya zərbəsi və top qapının üstündən keçir
45`- Aqollinin cərimə meydançasına ötürməsi, lakin Rauf topa toxunsa da, müdafiəçilər topu uzaqlaşdırır
45+1`- Roşa künc zərbəsini yerinə yetirir, lakin topa rəqib daha tez toxunur və hakim ilk hissəni bitirir
46`- İkinci hissə başlayır
50`- Maksim sarı vərəqə alır
53`- `Qəbələ`də ilk oyunçu dəyişikliyi... Arif İsayevi Murad Hüseynov əvəzləyir
54`- Çertoqanov sarı vərəqə alır
55`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetiir, Vurğun Hüeynov topu meydandan çıxarır
57`- Əfran sürətlə irəliləyir, və ona qarşı kobudluğa görə Daniel Kruz sarı vərəqə alır
60`- Roşa cərimə zərbəsini yerinə yetirir, qüvvətli zərbə və top qapının üstündən keçir
64`- Roşa cərimə meydançasına daxil olur, lakin ona qarşı qayda pozulur
65`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, lakin top canlı səddə dəyir
66`- Əfranın qapı qarşısına ötürməsi, Raufun qapıya zərbəsi, lakin top qapıdan aralı keçir
67`- Roşanın Əfrana ötürməsi, lakin Əfrana top çata bilmir
69`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Rauf Əliyevi Nderim Nedzipi əvəzləyir
70`- Roşaya qarşı qayda pozulur, hakim cərimə zərbəsi təyin edir
71`- Dərhal cərimə zərbəsi yerinə yetirilir, Baranin topu uzaqlaşdırır
73`- `Qəbələ` cərimə zərbəsi yerinə yetirir, və top qapının yanından keçir
76`- `Qarabağ`ın əks hücumu... Aqollinin cərimə meydançasına ötürməsi, Baranin topu uzaqlaşdırır
79`- `Qarabağ`da oyunçu dəyişikliyi... Vüqar Nadirovu Adamiya əvəzləyir
82`- `Qəbələ` cərimə zərbəsini yerinə yetirir və Pavloviç topu dəf edir
83`- Aqollinin qapıya doğru zərbəsi, qapıçı topu dəf edir
86`- `Qarabağ`da oyunçu dəyişikliyi... Roşanı Bəxtiyar Soltanov əvəzləyir
90`- Admir Teli sarı vərəqə alır. `Qəbələ` cərimə zərbəsini yerinə yetirir və Pavloviç topu tutur
90+1`- Oyuna 3 dəqiqə əlavə olunur
90+3`- Hakim oyunu bitirir, Hesab 0:0