İlin yekunları ilə bağlı mükafatlandırılma mərasimi keçirilib

single-news
13 Fev 2022

İlin yekunları ilə bağlı mükafatlandırılma mərasimi keçirilib



Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) müxtəlif nominasiyalar üzrə 2021-ci ilin ən yaxşılarının mükafatlandırma mərasimini keçirib.

 

"Qarabağ"ımızın baş məşqçisi Qurban Qurbanova ilin məşqçisi, idman direktorumuz Emrah Çelikel isə ilin idman xadimi mükafatına layiq görülüb. Klubun baş meneceri Asif Əsgərova isə ilin futbol klubu mükafatı təqdim edilib.

 

Tədbirdə Vətən müharibəsi qəhrəmanı şəhid baş leytenant Səid Rəşidzadənin atası komandamızın baş məşqçisi Qurban Qurbanova oğlunun hərbi baş geyimini və poqonlarını hədiyyə edib. Qurban Qurbanov bu anlamlı və dəyərli hədiyyəyə görə təşəkkürlərini çatdırıb, minnətdarlığını bildirib, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən də Səid Rəşidzadənin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını qeyd edib.

 

Tədbirdə həmçinin mərhum jurnalist Elnur Əşrəfoğlunun oğlu Mətinə komandamızın forması və Konfrans Liqasının imzalı topu klubumuz tərəfindən hədiyyə olunub.

Paylaş

// pop up