İLK 1/4 FİNALÇILAR...

single-news
5 Mar 2008

İLK 1/4 FİNALÇILAR...



Dünən UEFA Çempionlar Lİqasının ilk 1/4 finalçıları müəyyənləşib. Ən gözlənilməz nəticə Milanda qeydə alınıb . Eyniadlı komanda, həmçinin turnirin hazırkı qalibi "Arsenal"a 0:2 hesabı ilə məğlub olub. "Mançester Yunayted" - "Lion" qarşılaşması "Mançester"in minimal hesablı qələbəsi ilə başa çatıb. "Barselona" - "Seltik" qarşılaşmasında da eyni nəticə qeydə alınıb - 1:0. "Sevilya" - "Fənərbağça" qarşılaşması isə gözlənildiyi kimi çox maraqlı alınıb. İlk 9 dəqiqədə 2 qol buraxan "Fənər" 20-ci dəqiqədə qolların birinin əvəzini çıxa bildi. ilk yarının sonuna yaxın "Sevilya" hesab arasında fərqi iki topa çatdırdı. Amma 79-cu dəqiqədə Deyvid dubluna imza ataraq hesab arasındakı fərqi minimuma endirdi. Anacq qarşılaşma  bununla da bitmədi. Oyunun taleyi penaltilər seriyasında həll olundu.

"SEVİLYA" - "FƏNƏRBAĞÇA"... PENALTİLƏR SERİYASI...

Paylaş

// pop up