İLK 1/8 CÜTLƏRİ MƏLUM OLDU . . .

single-news
21 İyn 2006

İLK 1/8 CÜTLƏRİ MƏLUM OLDU . . .



Dünya Çempionatında "A" və "B" qrupunun oyunlarına yekun vuruldu. Üçüncü turdan sonra 1/8 finalda yarışacaq komandaların rəqibləri müəyyənləşdi. "A" qrupunda ilk iki turda maksimum nəticə toplamış Almaniya millisi Ekvador komandasının qapısından üç cavabsız top keçirərək qrup lideri kimi 1/8 finala vəsiqə qazandı. Ekvador millisi isə ilk iki turda qazandığı nəticə ilə bu vəsiqəni özünə təmin etmişdi. Üçüncülük mücadiləsində Polşa Kosta-Rikanı 2:1 hesabı ilə məğlub edə bildi. "B" qrupunda isə hər şey üçüncü turun oyunlarından asılı idi. Paraqvay komandası Trinidad Tobaqo millisinin qapısından iki top keçirə bildi. İngiltərə isə İsveç millisi ilə heç-heçə oynayaraq (2:2) avropalıları 1/8 finala yüksəltdi. Beləliklə, 1/8 finalda Almaniya İsveç millisi ilə, İngiltərə isə Ekvador millisi ilə qarşılaşacaq.

Paylaş

// pop up