İlk derbidə qələbə olmadı

single-news
20 Sen 2010

İlk derbidə qələbə olmadı



Türkiyə superliqasında yeni mövsümün ilk derbisi baş tutub.  İstanbul nəhəngləri `Fənərbaxça` və `Beşiktaş` mövsümün ilk derbisinə çıxıblar. Cari mövsümə uğurla başlamayan, Avroliqayla erkən vidalaşan `Fənər` mövsümə super transferlərlə başlayan `Beşiktaş` qarşısında heç də xoş gnləri yaşamasa  qələbə qazanmaq üçün vuruçacaqdı. Axı, `sarı büıbül`lər durumundan asılı olmayaraq debilərdə xoş təsir bağışlayır.
Görüşə Şusterin yetirmələri yaxşı başlasa da,  ev sahibləri daha ciddi həmlələr edərək oyunda hesabı açan tərəf oldu. 20-ci dəqiqədə `Fənər` yeni transferi Nyanqla hesabı açdı. Növbəti qol isə oyunun sonunda gəldi. `Beşiktaş`ın `Real`dan aldığı ulduzu Quti əla ötürməylə Bobonu təkbətək çıxardı. Bobonu kobudluqla dayandıranda isə Quti penaltini dəqiq yerinə yetirərək oyunun 1:1 başa çatmasına səbəb oldu.

Paylaş

// pop up