İLK DÖVRƏNİN SON MATÇI...

single-news
28 Noy 2007

İLK DÖVRƏNİN SON MATÇI...



“Qarabağ” Futbol Klubu “Neftçi”ylə səfərdə qolsuz bərabərə oynadıqdan dərhal sonra “Olimpik”lə oyunun hazırlığına start verib. Matçertəsi baş tutan çalışmada 90 dəqiqə forma geyənlər sadəcə yüngül qaçışla kifayətləniblər. Digər futbolçular isə Rasim Karanın başçılığı altında saatyarımlıq məşq ediblər. İlk dövrənin son oyununda qarşılaşacağımız liderlə matçdan öncə cəzalı futbolçumuzun olmaması da sevindiricidir. Timur İsrafilovun zədəsi isə sabitləşmək üzrədir. Bu gün isə növbəti məşqimiz Baxınav stadionda baş tutub. Saat 11-də başlayan və təxminən 2 saat davam edən məşq futbolçlar daha çox fiziki hərəkətlər üzərində məşq edib. Sabahdan isə komandanın “Olimpik”lə matçın toplanışına yığışacağını da qeyd edək. Bu arada şənbə baş tutacaq matçın vaxtı dəyişdirilib. Oyun saat 14:15-də keçiriləcək.

Paylaş

// pop up