İLK HAZIRLIQ OYUNU KEÇİRİLƏCƏK
İLK HAZIRLIQ OYUNU KEÇİRİLƏCƏK
“Qarabağ” komandası 20082009 mövsümünün hazırlıqlarını davam etdirir. Komandamız gündə iki dəfə məşq edir. Legionerlərin qatılmadığı hazırlığın Bakı mərhələsində futbolçular daha çox fiziki hazırlığın yüksəldilməsinə xidmət edən çalışmalarla kifayətlənir. Adətən, günün ilk məşqi “Ruslan-93”-də keçirilir. Trenajorda futbolçular fitneslə məşğul olub günün ikinci məşqini Suraxanı qəsəbə stadionunda keçirirlər. Onu da xatırladaq ki, icarədən qayıdan Tagim Novruzov, Elçin Xəlilov, İsabala İsrafilov da hal-hazırda komandanın düşərgəsində məşq edirlər.
Öncəki xəbərlərimizdə komandamızın Bakı hazırlıq dönəmində yoldaşlıq görüşü keçirməyi planlaşdırmadığını xəbər vermişdik. Amma, futbolçuların ümumi hazırlığını öyrənmək üçün komandamız Türkiyəyə yollanmamışdan öncə bir yoxlama oyunu keçirəcək. İyunun 24-ü elitaya yenicə vəsiqə qazanmış “Bakılı” komandasıyla yoldaşıq oyunu keçiriləcək. Qeyd edək ki, görüşün Suraxanı stadionunda saat 17:30-da keçirilməsi planlaşdırılır.